Icma.az
close
up
RU
“Nepalda siyasi böhran baş nazirin istefası ilə bitməyəcək” ŞƏRH

“Nepalda siyasi böhran baş nazirin istefası ilə bitməyəcək” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Sosial şəbəkələrə qoyulan qadağa ləğv olunsa da, etirazlar davam edir. Nümayişçilər təkcə hökumətin dəyişməsini deyil, həm də geniş siyasi islahatlar tələb edirlər”.

Bu fikirləri Gununsesi.info–ya açıqlamasında siyasi şərhçi Kamran Cəfərov bildirib:

“Nepalda son günlər siyasi gərginlik artıb. Sentyabr 4-də hökumət qəfil olaraq Facebook, X, YouTube və Instagram da daxil olmaqla 26 sosial şəbəkəni qadağan etdi. Bu qərar ölkədə xüsusilə gənclər arasında böyük narazılıq yaratdı.

Növbəti gün, 5 sentyabrda, paytaxt Katmandu başda olmaqla bir çox şəhərlərdə əsasən Z nəsli gənclərindən ibarət etirazlar başladı. Nümayişçilər korrupsiya, işsizlik və senzura əleyhinə etirazlarını davam etdirirlər.

Baş nazir K.P. Şarma Oli istefa verdi və prezident onu müvəqqəti olaraq vəzifəsini icra edən şəxs kimi saxladı. Sosial şəbəkələrə qoyulan qadağa ləğv olunsa da, etirazlar davam edir. Nümayişçilər təkcə hökumətin dəyişməsini deyil, həm də geniş siyasi islahatlar tələb edirlər”.

Kamran Cəfərov vurğulayıb ki, 2008-ci ildə respublika elan olunandan bəri Nepalda 14 hökumət dəyişib:

“Heç biri tam beşillik müddətini başa vura bilməyib. Hazırkı böhran uzun illər ərzində yığılan problemlərin kulminasiya nöqtəsidir.

Hadisələrin geosiyasi tərəfi də önəmlidir. Son illərdə Hindistan regionda mövqelərini itirirdi: Banqladeşdə, Şri-Lankada, Maldiv adalarında Pekin tərəfdarı qüvvələr hakimiyyətə gəlirdi.

Nepaldakı etirazlar nəticəsində Çin tərəfdarı olan baş nazir, kommunist partiyasının nümayəndəsi K.P. Şarma Oli istefa verdi. Amma sual hələ açıqdır: onu kim əvəzləyəcək? Vəziyyət göründüyü qədər sadə deyil.

Nepal parlamentində üç kommunist partiyası fəaliyyət göstərir: marksist-leninçilər, maoistlər və birləşmiş sosialistlər. İstefaya göndərilmiş Şarma Oli marksist-leninçiləri təmsil edirdi. Rəsmi müxalifət lideri maoist “Yoldaş Praçanda” isə son 17 il ərzində artıq üç dəfə baş nazir olub.

Sonuncu dəfə Hindistana bağlı qüvvələr Nepalda hakimiyyətdə 2008-ci ildə olublar, hələ konstitusiya sistemi dəyişdirilməmiş, monarxiya ləğv olunmamışdı”.

Siyasi şərhçi onu da əlavə edib ki, Nepalda hakimiyyət və təsir zonaları uğrunda Çin və Hindistan pərdə arxasında toqquşacaq.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri