Nəqliyyat sektorunda bu dəyişikliklər olacaq: mühüm MESAJ
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyevin yaxın günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə nəqliyyat və logistika məsələləri xüsusi yer tutub. Dövlət başçısı həm ölkədaxili nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həm də Azərbaycanın regional və qlobal tranzit mərkəzinə çevrilməsi istiqamətində görülən işlərə toxunub.
Müsahibədə səslənən fikirlər bir daha göstərir ki, nəqliyyat sektoru təkcə iqtisadi inkişafın deyil, eyni zamanda ölkənin geosiyasi mövqeyinin möhkəmləndirilməsinin əsas sütunlarından biridir.
Məhz bu kontekstdə ekspertlər Prezidentin açıqlamalarını şərh edərək mövcud və perspektiv layihələrin əhəmiyyətini dəyərləndiriblər.
Bakupost.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Əsas məsələ bizim də düşündüyümüz və ümumilikdə dünya təcrübəsindən irəli gələn yanaşmadır: ictimai nəqliyyata üstünlük verilməli, mikromobillik təşviq edilməli, metro stansiyalarının sayı artırılmalıdır. Prioritet istiqamətlər sırasında mikromobillik zolaqlarının yaradılması, xüsusi zolaqların genişləndirilməsi, bu zolaqların kilometr üzrə uzadılması, küçələrin genişləndirilməsi və yeni yol qovşaqlarının salınması dayanır.
Eyni zamanda əvvəllər Bakıda avtomobil yönümlü nəqliyyat modelinə əsaslanan layihələrin mərhələli şəkildə yenilənməsi, tramvay xətlərinin bərpası və onların şəhərin müxtəlif istiqamətlərinə – o cümlədən sənaye və yaşayış zonalarına qədər uzadılması da vacib hesab olunur.
Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə konkret addımlar atılır, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xarici şirkətlər cəlb olunur, hədəflər müəyyənləşdirilir və uzunmüddətli planlar hazırlanır. Bütün bunlar strateji əhəmiyyət daşıyan addımlardır və biz bu proseslərin daha da sürətləndirilməsini istəyirik.
Çünki inkişaf etmiş ölkələrin və iri şəhərlərin təcrübəsi göstərir ki, ictimai nəqliyyatın və mikromobilliyin təşviqi vətəndaşların hərəkət azadlığını artırır, şəhər mühitini rahatlaşdırır və eyni zamanda ekoloji tarazlığın qorunmasına ciddi töhfə verir. Bu istiqamətdə atılan addımlar artıq zərurətə çevrilib”.
İqtissadçı Eyyub Kərimli isə hesab edir ki, Prezident İlham Əliyevin müsahibəsində nəqliyyat və logistika ilə bağlı səsləndirilən fikirlər təkcə konkret infrastruktur layihələri ilə məhdudlaşmır, bu sahənin Azərbaycanın regional və qlobal roluna təsiri kontekstində dəyərləndirilir. Onun fikrincə, Prezident Azərbaycanın coğrafi mövqeyini vahid tranzit və nəqliyyat qovşağı kimi önə çıxarmaqla ölkənin strateji üstünlüklərini vurğulayıb.
İqtisadçı qeyd edib ki, Azərbaycan unikal coğrafi mövqeyə malik olduğu üçün Mərkəzi Asiya ilə Qərb arasında etibarlı bağlantı yarada bilən ölkə kimi çıxış edir. Bu üstünlük Azərbaycanın qlobal logistika marşrutlarında alternativ rolunu gücləndirir və uzunmüddətli iqtisadi dəyər formalaşdırır. Onun sözlərinə görə, tranzit gəlirlərinin artması, xarici investisiyaların cəlbi və beynəlxalq əməkdaşlığın genişlənməsi bu siyasətin əsas nəticələrindəndir və bu yanaşma Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün “etibarlı tərəfdaş” imicini möhkəmləndirir.
Eyyub Kərimli bildirib ki, Prezidentin müsahibəsində Naxçıvanla nəqliyyat əlaqələrinin gücləndirilməsi xüsusi yer tutur. Naxçıvanı Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb, Araz çayı üzərində inşa edilən yeni körpünün isə bu əlaqələri daha da möhkəmləndirəcəyi qeyd olunub. Onun fikrincə, xüsusilə Zəngəzur dəhlizinin açılması fonunda bu layihələr Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.
İqtisadçı əlavə edib ki, bu təşəbbüslər ticarət dövriyyəsinin artmasına və logistika xərclərinin azalmasına imkan verəcək:
“Prezidentin Azərbaycanı Mərkəzi Asiya ilə Qərb arasında əsas nəqliyyat və logistika körpüsü kimi təqdim etməsi ölkəni “Şərqdən Qərbə” ticarət axınında mühüm keçid nöqtəsinə çevirir. Bu isə yükdaşımaların həcmini artırmaqla yanaşı, konteyner daşımaları və məhsul-logistika xidmətləri kimi yeni sahələrin inkişafına da şərait yaradır”.
Eyyub Kərimli vurğulayıb ki, müsahibədə nəqliyyat və logistika layihələri yalnız infrastruktur təşəbbüsü deyil, eyni zamanda diplomatik və iqtisadi strategiyanın mühüm elementi kimi təqdim olunur. Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın regiondaxili və qlobal miqyasda tranzit oyunçu mövqeyini gücləndirir və ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















