Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Avrasiyanın mühüm nəqliyyat qovşağı

Avrasiyanın mühüm nəqliyyat qovşağı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yüksək səviyyəli infrastruktur hər bir ölkədə iqtisadi inkişaf və social rifahın təmin olunması baxımından müstəsna önəm daşıyır. Son 22 ildə böyük həcmlərdə investisiya qoyuluşu hesabına həyata keşirlən irimiqyaslı layihələr sayəsində  Azərbaycan infrastruktur təminatı göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəlib. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində işğaldan azad olunmuş ərazilərdə və digər bölgələrdə həyata keçirilən infrastruktur quruculuğu, nəqliyyat bağlantılarının yaradılması, yeni yolların inşasına diqqət çəkib. “Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beynəlxalq və yerli əhəmiyyətli yolların yenidən qurulması

Dövlət başçısının yol-nəqliyyat bağlantılarının önəminə xüsusi diqqət çəkməsi təsadüfi deyil. Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə on minlərlə avtomobil gətirilir. Bu da bağlantılara, yol infrastrukturuna tələbatın artması deməkdir.  Azərbaycanın coğrafi yerləşməsini nəzərə aldıqda deyə bilərik ki, ölkə ərazisində yol təsərrüfatının yenilənməsi həm də regionda və dünyada müşahidə edilən reallıqlarla şərtlənir. Yaxın Şərqdə, Qırmızı dənizdə  baş verənlər, Rusiya-Ukrayna müharibəsinin uzanması regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub. Belə bir şəraitdə nəzərlər həm də Azərbaycana dikilib.

Hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir. Beynəlxalq səviyyəli yolların yenidən qurulması Azərbaycanın strateji maraqlarına cavab verir. Ölkəmiz tranzit daşımalarının cəlbediciliyini yüksəltməklə özünün valyuta gəlirlərinin həcmini artırmağı və mənbələrini şaxələndirməyi hədəfləyib.  Eyni zamanda, Prezident İlham Əliyev ölkə ərazisində bütün yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının yenidən qurulmasını davamlı olaraq diqqət mərkəzində saxlayır.

Azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasını da əsas prioritetlərdən biri kimi müəyyənləşdirib və çoxsaylı yol layihələri həyata keçirilib. “Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilib. Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirlir. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub. Bütövlükdə, son 22 ildə ölkə ərazisində 1.562 km yeni dəmir yolu xətti çəkilib, 1.906 km uzunluğunda xətlərdə isə zəruri təmir işləri həyata keçirilib. eyni zamanda, müasir qatar və vaqonlar alınıb.

Bütövlükdə, son 22 ildə ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə  ölkə ərazisində 20.767 km yol inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyev təkcə Bakıda 2500 kilometr yol salınmasını böyük nailiyyət kimi dəyərləndirib. Bundan başqa, bəhs olunan dövrdə ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri  inşa olunub.

Dəniz nəqliyyatının inkişafı

Azərbaycanın tranzit daşımaları baxımından artan önəmi nəzərə alınmaqla ölkəmizdə dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılır.  Bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya malikdir. Artıq mrespublikamızın Xəzər dənizi ilə yanaşı, Qara dənizdə və digər beynəlxalq sularda də daşımalar həyata keçirmək imkanı yaranıb. Buna Azərbaycan su nəqliyyatı parkını yeniləməklə nail olub. Üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzən gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.

Ölkəmizdə gəmiqayırma zavodunun inşası da nəqliyyat imkanlarımızın genişlənməsi baxımından mühüm önəm daşıyır. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Hazırda  Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.

Dəmir yolu şəbəkəsinin və hava nəqliyyatının müasirləşdirilməsi

Daxili və tranzit yük daşımalarının artması həmçinin dəmir yolu şəbəkəsinin və hava nəqqliyyatının imkanlarının artmasını şərtlənndirir.  Son 22 ildə reallaşdırılan çoxsaylı layihələrin sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı  modernləşib. Müvafiq Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşüb. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrilib.

Bəhs olunan dövrdə respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Üç beynəlxalq səviyyəli hava limanı Füzuli, Zəngilan və Laçında olmaqla  işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilib. Prezident İlham Əliyev həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun genişləndirləcəyinin anonsunu da edib.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri