Icma.az
close
up
RU
Azərbaycanda nəqliyyat sahəsində köklü dəyişikliklər olacaq Ekspert izah etdi

Azərbaycanda nəqliyyat sahəsində köklü dəyişikliklər olacaq Ekspert izah etdi

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.


Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.


Fərmana əsasən nəqliyyat sahəsində yeni qaydalar tətbiq ediləcək. Yaxın vaxtlarda ölkədə məsafə əsaslı avtomobil nəqliyyatı xidməti işə düşəcək, Bakıda isə ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. Bu dəyişikliklər həm yol hərəkətinin idarə olunmasına, həm də paytaxtda sıxlığın azaldılmasına xidmət edəcək. 

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov AZXEBER.COM-a bildirib ki, Bakı şəhərində hərəkət edən nəqliyyat vasitələrinin sıxlığı həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olur:

"Atmosferə buraxılan zərərli qazların, o cümlədən CO₂ emissiyalarının həcmi artır. Sıxlıqda qəzaların sayının çoxalması həm vətəndaşlara, həm də dövlətə maddi və mənəvi zərərlər vurur. Səs-küy isə insanlarda əlavə stress yaradır. Məhz bu səbəblər nəzərə alınaraq yeni belə qərar qəbul edilib. 

Ekspert deyib ki, bu təcrübə artıq dünya ölkələrində mövcuddur:

"Bu təcrübə artıq Avropa və Asiyanın müxtəlif ölkələrində mövcuddur. Əsas məqsəd isə mərkəzi küçələrə avtomobil axınının qarşısını almaq və tıxacları azaltmaqdır”.

Ekspert qeyd edib ki, burada bir neçə variantdan istifadə oluna bilər:

"Ola bilər ki, bütün nəqliyyat vasitələri həmin zonalara daxil olduqda ödəniş etməli olsun. Ehtimal var ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri üçün giriş pulsuz olacaq. Söhbət əsasən elektromobillərdən gedir. Həmçinin, yaşı 20-dən çox olan avtomobillərin girişinə görə müəyyən ödəniş tətbiq edilə bilər. Yəni, bu istiqamətdə müxtəlif versiyalar hazırlanacaq.

Düşünürəm ki, təkliflər də olacaq və onların əsasında son qərar formalaşacaq. Bundan başqa, ödənişin məbləği və üsulları da fərqli ola bilər. Məsələn, ödəniş mobil tətbiq vasitəsilə, terminallar və ya digər ödəmə kanalları vasitəsilə baş tuta bilər”.

E.Cəfərov vurğulayıb ki, ictimai nəqliyyatda yeni "Brutto müqaviləsi”nin tətbiqi də gözlənilən idi:

"Çünki bununla bağlı əvvəlcədən müəyyən təkliflər var idi. Buradakı əsas məqsəd odur ki, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarımız yollarda qalmasın, vaxtında ünvana çatsınlar. Bunun üçün özəl daşıyıcılara müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur. Bu subsidiyalar isə ödənişli zonalara daxil olan sürücülərdən alınan rüsumlar və digər ödənişlər hesabına formalaşacaq İctimai Nəqliyyat Fondu vasitəsilə ödəniləcək. Artıq özəl daşıyıcılar dövlət tərəfindən birbaşa subsidiya aldıqdan sonra, keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə borclu olacaqlar. Bu halda nə marşrut, nə də saat məsələsi problem olmayacaq”.

Şahanə Ziyad


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri