Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirilib VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü, “ASG Helicopter Services” MMC-nin təşkilatçılığı ilə Zabrat hava limanı ərazisində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, “ASG Helicopter Services” MMC-nin istismarında olan nəqliyyat vasitələrinin uçuş və texniki heyəti, o cümlədən təmir-bərpa, inzibati və təhlükəsizlik məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər nəqliyyat vasitələrində, xüsusilə sərnişin və yük daşımalarında, eləcə də anqarların və hava limanının ərazisində fəaliyyət göstərən inzibati və texniki xidmət sahələrinin, yanacaq çənlərinin yanğın təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışıblar. Bildirilib ki, hava nəqliyyatı vasitələrində və onların təmir sexlərində və anqarlarda baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkət tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə uçuş heyətinin, həmçinin texniki və digər sahələrdə fəaliyyət göstərən əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin və nəqliyyat vasitələrinə istehsalçı zavodlar tərəfindən quraşdırılan avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin, yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq-sürtgü materiallarından təmiz saxlanılması, elektrik təsərrüfatlarının, xüsusilə texniki işıq komplekslərinin “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun istismarı, həmin sahələrə dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətdə saxlanılmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra tədbirin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Hava limanının anqar sahəsində “yanğın” baş vermiş nəqliyyat vasitəsi təlimata uyğun olaraq, bərk qoşqu ilə kənarlaşdırılaraq “yanğın”ın ətrafa yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə bölmələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərini icra ediblər.
Təlimin sonunda iştirakçılara yanğın təhlükəsizliyi barədə məlumat verilib, parklar, anqar və qarajlarda yanğın təhlükəsizliyinə dair normalar izah olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Dekabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















