Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”

Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

May ayı dünyada Daxili Audit Ayı kimi qeyd olunur. "Unibank" Kommersiya Bankının Daxili Audit Departamentinin direktoru Nərgiz Əliyeva ilə müsahibədə bankın fəaliyyətində daxili auditin rolu və imkanları haqqında danışdıq.

-Nərgiz xanım, may ayının dünyada Daxili Audit Ayı kimi qeyd olunması təşəbbüsünün əsas məqsədi nədir və audit sahəsi üçün nə kimi əhəmiyyət daşıyır?

- May ayı dünyada The Institute of Internal Auditor (IIA) tərəfindən Daxili Audit Ayı kimi qeyd olunur. Bu təşəbbüs ilk dəfə 1990-cı illərdə daxili audit peşəsinin əhəmiyyətini biznes ictimaiyyətinə və cəmiyyətə daha yaxından tanıtmaq məqsədilə yaradılıb. İllər ərzində təşəbbüs qlobal miqyasda genişlənərək dünyanın müxtəlif ölkələrindən 260 mindən çox üzvü əhatə edən böyük beynəlxalq peşəkar platformaya çevrilib.

Təşəbbüsün əsas məqsədi daxili auditlə bağlı stereotipləri qırmaq, onun korporativ idarəetmə və risklərin idarə olunmasındakı vacib rolunu vurğulamaqdır. Bu çərçivədə keçirilən tədbirlər həm peşəkar icmanı gücləndirir, həm də gənclərin bu sahəyə marağını artırır.

- Daxili audit çox zaman yalnız yoxlama funksiyası kimi qəbul olunur. Sizcə daxili  auditin bank üçün daha geniş rolu nədən ibarətdir?

Audit mahiyyətcə yoxlama funksiyası olsa da, onun məqsədi sadəcə təftiş və ya nöqsan axtarışı deyil. Burada əsas sual budur: Biz nə üçün yoxlama aparırıq və məqsəd nədir? Daxili Auditin əsas məqsədi təşkilatın daha təhlükəsiz, effektiv idarə olunmasına dəstək verməkdir.

Biz sadəcə yoxlama aparmırıq. Eyni zamanda nəzarət mexanizmlərini, idarəetmə yanaşmalarını və risklərin qarşısını almağa və idarə edilməsinə xidmət edən sistemləri qiymətləndiririk. Bu baxımdan audit daha geniş mahiyyət daşıyır və təşkilatın daha dayanıqlı, şəffaf və effektiv fəaliyyət göstərməsinə töhfə verir.

- Daxili audit bankın gündəlik fəaliyyətinə necə təsir göstərir? Onu risklərin qabaqlanmasında hansı rolu ilə izah edərdiniz?

- Bu, çox yaxşı sualdır. Bu yaxınlarda bir paylaşımda belə bir ifadəyə rast gəlmişdim: daxili audit çox zaman pərdə arxasında fəaliyyət göstərən bir funksiyadır. Həqiqətən də, gündəlik olaraq bankın hər bir əməkdaşı auditin gördüyü işi birbaşa hiss etməyə və ya görməyə bilər. Daxili audit çox zaman "pərdə arxasında" fəaliyyət göstərsə də, onun təsiri davamlı və aktivdir. Gündəlik iş prosesində əməkdaşlar rutin əməliyyatlara fokuslandığı halda, daxili audit həmin proseslərə kənardan, fərqli baxış bucağından və daha geniş prizmadan baxır. Mən bunu bəzən “3D baxış” adlandırıram.  Bu yanaşma riskləri daha erkən mərhələdə müəyyən etməyə və gündəlik fəaliyyətlərə fərqli perspektiv qazandırmağa imkan verir.

- Müasir bankçılıqda risklər sürətlə dəyişir. Audit bu dəyişikliklərə necə uyğunlaşır?

- Müasir bankçılıqda risk mühiti çox sürətlə dəyişir və təbii ki, daxili audit də bu dəyişikliklərə uyğunlaşmalıdır. Bu inkişaf tempindən geri qalmamağın əsas yolu davamlı peşəkar inkişaf və dəyişən mühit barədə məlumatlılığın artırılmasıdır. Buraya həm yeni risklərin, həm tənzimləyici tələblərin, həm də beynəlxalq standartların davamlı şəkildə izlənilməsi daxildir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daxili audit üçün vacib tələblərdən biri fəaliyyət göstərdiyi mühiti və təşkilatın strateji məqsədlərini anlamaqdır. Bankın hansı istiqamətdə inkişaf etdiyini, hansı risklərlə üzləşdiyini anlamadan keyfiyyətli audit xidməti təqdim etmək mümkün deyil. Buna görə audit daim dəyişən risk profilini izləməli və öz yanaşmalarını yeniləməlidir.

Əslində bu, peşənin ayrılmaz hissəsidir. Qlobal Daxili Audit Standartları da auditorların davamlı peşəkar inkişaf keçməsini, bilik və bacarıqlarını mütəmadi olaraq artırmasını tələb edir.

-  Rəqəmsallaşma və yeni texnologiyalar audit proseslərinə hansı yenilikləri gətirib?

- Rəqəmsallaşma və yeni texnologiyalar audit yanaşmalarını da ciddi şəkildə dəyişib. Əvvəlki dövrlərdə audit daha çox seçmə üsulu əsasında aparılırdı, yəni auditorlar ümumi əməliyyat həcmi içərisindən müəyyən sayda əməliyyatı seçərək onları yoxlayır və nəticələri həmin nümunə üzərindən qiymətləndirirdilər. Bu gün isə bank sektorunda rəqəmsal məhsulların və əməliyyatların həcmi sürətlə artdığı üçün artıq yalnız seçmə yanaşması kifayət etmir.

Hazırda audit daha çox data analitikası və məlumatların geniş şəkildə təhlili üzərində qurulur. Məqsəd yalnız ayrı-ayrı əməliyyatlara baxmaq deyil, bütöv məlumat bazasını analiz edərək daha dəqiq və əsaslandırılmış nəticələr əldə etməkdir. Bunun üçün müxtəlif alətlər və texnologiyalardan istifadə olunur ki, onlar böyük və kompleks məlumatları analiz etməyə imkan verir.

- Güclü audit sistemi bankın ümumi etibarlılığına və müştəri etimadına necə təsir edir? Audit nəticələri bank daxilində hansı dəyişikliklərə və inkişaflara səbəb olur?

- Daxili audit təşkilat daxilində müstəqil fəaliyyət göstərən bir funksiyadır. Müstəqil bir funksiyanın prosesləri obyektiv qiymətləndirməsi həm rəhbərlikdə, həm də müştərilərdə əlavə inam yaradır.

Daxili audit bankın müxtəlif funksiyalarını, proseslərini və onların bir-biri ilə əlaqəsini qiymətləndirir. Nəticədə həm risklərin idarə olunması, həm də əməliyyatların keyfiyyəti baxımından inkişaf imkanları müəyyən olunur.

Eyni zamanda audit müəyyən mənada fərqli strukturlar arasında kommunikasiya körpüsü rolunu oynayır. Çünki audit bir prosesi “end-to-end”- yəni başlanğıcdan sonadək görə bilir və bu prosesdə iştirak edən hər bir strukturun rolunu qiymətləndirir. Bu yanaşma funksiyalar arasında koordinasiyanın güclənməsinə və problemlərin daha sistemli şəkildə həll olunmasına kömək edir.

Nəticə etibarilə daha güclü nəzarət mühiti formalaşır, proseslər optimallaşır və bu da son nəticədə müştəri məmnuniyyətinə müsbət təsir göstərir. Bank daxilində proseslərin effektiv qurulması birbaşa xidmət keyfiyyətinə təsir edən amillərdən biridir.

Bizim əsas hədəfimiz sadəcə bir nöqsanı aradan qaldırmaq deyil, problemin "kök səbəbini" (root cause) müəyyən etməkdir. Məhz kök səbəbin aradan qaldırılması proseslərin optimallaşmasına və dayanıqlı nəzarət mühitinin formalaşmasına səbəb olur.

-  Audit sahəsində çalışan əməkdaşlar üçün hansı bilik və bacarıqlar xüsusilə vacibdir?

- Daxili audit multidisiplinar bir sahə olduğu üçün auditorlardan müxtəlif istiqamətlər üzrə geniş bilik və bacarıqlar tələb olunur. Auditor maliyyə, daxili nəzarət sistemləri, dələduzluq riskləri, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi sahələr üzrə əsas anlayışlara sahib olmalıdır. Burada məqsəd hər sahənin texniki eksperti olmaq deyil, həmin istiqamətlərin əsas prinsiplərini başa düşmək və prosesləri obyektiv qiymətləndirə bilməkdir.

Eyni zamanda analitik düşüncə, effektiv kommunikasiya və dəyişən risk mühitinə sürətli uyğunlaşma qabiliyyəti audit peşəsinin ən vacib elementlərindəndir.

- Sonda, audit sahəsinə maraq göstərən gənclərə nə tövsiyə edərdiniz?

Daxili audit maraqlı və dinamik peşələrdən biridir, amma eyni zamanda ciddi hazırlıq tələb edən bir sahədir. Məncə, yaxşı auditor olmaq üçün yalnız nəzəri bilik kifayət etmir. Bu peşə müəyyən bacarıqlar, analitik düşüncə, davamlı öyrənmə, yüksək ünsiyyət və fərqli sahələri başa düşmək qabiliyyəti tələb edir. Peşəkar auditor kimi formalaşmaq zaman və təcrübə tələb edən bir prosesdir.
Sualınıza gəlincə, gənclərə tövsiyəm odur ki, bu sahəyə yalnız “yoxlama” fəaliyyəti kimi baxmasınlar. Audit çox geniş baxış bucağı qazandıran, insanın həm peşəkar, həm də şəxsi inkişafına ciddi töhfə verən, fərqli sahələri dərindən öyrənməyə imkan yaradan çox maraqlı bir karyera yoludur.

- Müsahibəyə görə, təşəkkür edirik. 

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://marja.az
archiveBu xəbər 14 May 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri