Nəriman Axundzadənin agenti gələcək planlarından danışdı
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Elə suallar ortaya çıxır ki, onlara cavab tapmaq lazım gəlir. Bəzən isə bu məsələlərdə səbirli olmaqdan başqa yol qalmır”.
Bu sözləri futbolçunun agenti Tural Əsgərov deyib.
O, 21 yaşlı hücumçu Nəriman Axundzadənin Türkiyənin “Ərzurumspor” klubunda meydana çıxmamasının səbəblərindən və futbolçunun gələcək karyerası ilə bağlı planlarından danışıb.
“Hazırda gözləmə mövqeyindəyik və vəziyyətin necə inkişaf edəcəyini izləyirik. Görək, ilin sonuna qədər nələr baş verəcək. Düşünürəm ki, bundan sonra Nərimanın “Ərzurumspor”dakı gələcəyi ilə bağlı məsələlərə aydınlıq gələ bilər. Bir dəfə klubun prezidenti Ahmet Dal ilə bu barədə danışmışam. Nərimandan narazı olduqlarını açıq şəkildə bildirməsələr də, görünür, razı qalmadıqları müəyyən məqamlar var. Yəqin ki, futbolçunun hazırkı durumu baş məşqçini tam qane etmir. Ancaq bizə konkret olaraq “Nərimandan narazıyıq, onu heyətdə görmək istəmirik” deməyiblər. Belə bir açıqlama olmadığı üçün hələlik səbirli olmağa və gözləməyə çalışırıq. Bu gün üçün hər hansı qərar vermək mümkün deyil. Üstəlik, “transfer pəncərəsi” yanvarda açılacaq. Ona qədər vəziyyətin necə dəyişəcəyini gözləməliyik”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında “Qarabağ”dan ABŞ-nin “Kolambus Kryu” klubuna transfer olunub. O, avqustda “Ərzurumspor”a icarəyə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Noyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















