Nəriman Axundzadənin agentliyi yayılan məlumatları təkzib edib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçu Nəriman Axundzadəni təmsil edən “Pinnacle Talent Management” şirkəti oyunçunun ABŞ-nin “Kolambus Kryu” komandasından Türkiyənin “Ərzurumspor” komandasına transferinin pərdəarxası barədə yayılan məlumatlara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, agentlik futbolçunun fiziki hazırlıq məşqlərinə laqeyd yanaşması və intizamsız davranışlara yol verməsi barədə iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Şirkətin yaydığı rəsmi açıqlamada Nəriman Axundzadənin bu səbəbdən məşqçilər heyəti tərəfindən cəzalandırıldığına dair məlumatlar da təkzib olunub.
Açıqlamada bildirilib ki, futbolçu məşq prosesinə və üzərinə düşən öhdəliklərə hər zaman məsuliyyətlə yanaşır:
“Nəriman peşəkar futbolçu kimi məşq prosesinə və üzərinə düşən öhdəliklərə hər zaman məsuliyyətlə yanaşır. Onun gələcək karyerası ilə bağlı qərarlar intizam problemi ilə deyil, peşəkar inkişafı və idman perspektivləri nəzərə alınaraq qəbul edilir”.
Agentlik əlavə edib ki, yayılan iddialar Nəriman Axundzadənin peşəkarlığı və karyerası ilə bağlı mövcud vəziyyəti düzgün əks etdirmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 27 Avqust 2026 01:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















