Icma.az
close
up
RU
Nəriman Axundzadənin Molde yə keçidi alınmadı bütün detallar burda!

Nəriman Axundzadənin Molde yə keçidi alınmadı bütün detallar burda!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin "Molde"yə keçəcəyi ilə bağlı iddialar var. Belə ki, bəzi mənbələr gənc hücumçunun artıq bu məqsədlə həmin ölkəyə yollandığını, qarşı tərəfin "köhlən atlar"a 400 min avro ödəmək niyyətində olduğunu bildirir.

"Football-plus.az" danışıqlar prosesinin içində olan Tural Əsgərovun bu məsələ ilə bağlı açıqlamasını təqdim edir:

"Düzdü, "Molde" Nərimanla maraqlanırdı. Lakin keçid baş tutmadı. Futbolçunun Norveçə yollanması haqda yayılan xəbərlər də yalandı. Getsə, mənlə gedəcəkdi. Bəlkə də yay "transfer pəncərəsi" çərçivəsində bu məsələyə qayıtmaq olar. Yəqin ki, o vaxta qədər Nərimanı izləməyə davam edəcəklər. Bu məsələylə bağlı ilkin addımlar atılanda Norveçdə "transfer pəncərəsi"nin bağlanmasına 7-8 gün qalmışdı. Prosesin qısa müddətdə tamamlanması mümkün olmadı. Ümumiyyətlə, transferin baş tutmamasının səbəbini maliyyə məsələləriylə əlaqələndirmək çətindi. "Molde" həm "Qarabağ"a, həm də Nərimana öz təklifini etdi. Tərəflər arasındakı danışıqları mən apardım. Qarşı tərəfə müvaqif cavablar verildikdən sonra "Molde" susdu. Bundan sonra razılıq olsa belə, Nəriman Norveçə getməli və tibbi müayinədən keçməlidi. Böyük ehtimalla, qarşı tərəf vaxt azlığına görə geri addım atdı. Ona görə ki, Norveçdə "transfer pəncərəsi" martın 27-də bağlanır. Beləliklə, məsələ açıq qaldı. Bu üzdən prosesin yayda davam edəcəyini düşünürəm".


Bəs Nəriman özü "Molde"də çıxış etməkdə maraqlıdımı? Orda özünü yaxşı tərəfdən göstərəcəyinə inanırmı? Tural bəyin cavabı:

"Nəriman çalışdığım nadir futbolçulardandı ki, Avropaya yollanmaqda çox maraqlıdı. Hətta bəzən şərtlərlə də maraqlanmır. Əksinə, ona tələsməməyi, Avropa klublarından gələn hər təklifə "hə" deməməyi məsləhət görürəm".


Xatırladaq ki, Nərimanın "Qarabağ"la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdi. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 1,8 milyon avrodu.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri