Nəriman Qocatürkün son məktubu üzə çıxdı
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanov (Qocatürk) intihar edibmiş.
Gununsesi.info “Bakupost”a istinadən xəbər verir ki, Nəriman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb.
N.Süleymanov 12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını bildirib.
Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.
N.Qocatürk yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər.
“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim.
Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin.
Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qopsun”, – N.Qocatürk yazıb.
Qeyd edək ki, Nəriman Qocatürk ötən gün dünyasını dəyişib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı idi.
Cütlüyün iki oğlan övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















