Nərimanovdakı partlayışın ziyan vurduğu binaların monitorinqi APARILIRMI? RƏSMİ AÇIQLAMA
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş vermiş partlayış təkcə binanın özü ilə kifayətlənməyib. Ərazinin yaxınlığındakı digər binalar da zərər çəkib. Partlayışın gücündən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb. Tikililərin pəncərələri qırılıb.
MÖVZU İLƏ BAĞLI:
Partlayışda yaxınlıqdakı tikililərə də ziyan dəyib – FOTO
Maraqlıdır, partlayışın ziyan vurduğu digər tikililər, daşınar-daşınmaz əmlak və yol infrastrukturu ilə bağlı monitorinq aparılırmı?
Fövqəladə Hallar Nazirliyinə bununla bağlı sorğu ünvanladıq. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, partlayışın baş verdiyi gün FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerində olub, əməliyyat şəraiti qiymətləndirilib və dağıntılar olduğu təsdiqlənib. Hazırda plazanın struktur vəziyyəti, qəzalı olub-olmaması ilə bağlı sualımıza isə belə cavab aldıq:
“Bizimkilər işlərini görüb çıxıblar. Nərimanov rayonunun Fövqəladə Hallar Komissiyası var. Binanın texniki vəziyyətinin qiymətləndirilməsinə ehtiyac olub-olmamasına onlar qərar verirlər. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Cavabdeh qurumlar dəvət edəcəkləri halda, Agentliyin (FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur – red.) nümayəndələri binanın texniki vəziyyətini müəyyən etmək üçün tədbirlər görəcəklər”.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, zənglərə cavab verən olmadı.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















