Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Nərimanovdan sonra ən çox dartışılan Nəriman... onu bağışlamaq olarmı?

Nərimanovdan sonra ən çox dartışılan Nəriman... onu bağışlamaq olarmı?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şakərimdi, “Qarabağ”ın hesabda geri düşdüyü hər avrokubok oyununun fasiləsində “feysbuk”a baxıram ki, möhtərəm millətim nə deyir, onun duyğuları və düşüncələri necədi? Bu yolla bir növ təsəvvürümü, qənaətimi dəqiqləşdirməyə çalışıram.

Varqanın vurduğu qol hadisələrin və oyunun axarına uyğun olmadığına görə mənim üçün prinsipial məqam “Qarabağ”ın nəyin hesabına dönüş yarada biləcəyi idi. Bu yöndə şərhlər, rəylər, izahatlar gözləyirdim. “Feysbuk”a girdim və nə gördüm?! Aman-aman, dəhşət, vəhşət, bütün itlər Nəriman Axundzadənin üzərinə buraxılıb ki... Söyənlər, təhqir edənlər, linçə çağıranlar – bir sözlə, hələ cəmi 21 yaşı olan gənc azərbaycanlı hücumçuya doğru “səlib yürüşü”. Biri yazır ki, onun ən böyük xidməti meydandan çıxarkən 30 saniyə yubanması oldu, o biri yazır ki, 2-ci hissədə topa yalnız bir dəfə toxundu və s. və i.a. Bir qədər sonra Nərimanın oyundakı hərəkətlərinə də toxunacam. Hələ başqa məqamlar var.
Mənə elə gəlir ki, Azərbaycanın bütün tarixi ərzində bu qədər çox dartışılan iki Nəriman olub. Birincisi, heç şübhəsiz, Nəriman Nərimanovdu. Bolşeviklərin hakimiyyətə gəlməsində önəmli rol oynayan, “Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır” kimi idbar və zamann sınağından çıxmayan kəlamın müəllifi olan, sonradan buna görə dərin peşmanlıq duyan və həmin peşmanlığı oğlu Nəcəfə yazdığı məktubda izhar edən inqilabçı. Onun həyat və fəaliyyətinin dartışılması daha məntiqlidi, nəinki bu Nərimanın.
4 dəqiqəlik çıxışda 11 dəfə Trampa “sağ ol” deyən Zelenskiyə bənzəmək istəmirəm, bu yazının əvvəli də, ortası da, sonu da Nəriman, onun personası və oyunu olacaq. Ötən mövsümün ən dəyərli azərbaycanlı futbolçusu Axundzadə idi. 9 qol vuran, 9 məhsuldar ötürmə verən gənc hücumçu çempionatda çıxış edən futbolçular arasında yalnız Leandro Andradedən geri qaldı. Ardından “Şelburn”la səfər oyununda fərqləndi, “Şkendiya” ilə səfər və ev oyunlarında penalti qazanılmasında müstəsna rol oynadı, evdə makedoniyalıların qapısına qol vurdu.
Dünənki oyuna dönək. Daim mərkəz müdafiəçilərinin əhatəsində olan Nəriman ilk yarıda üç dəfə zərbə mövqeyinə çıxmağı bacardı. Birində topu qapının üstündən vurdu, ikincidə Kadi ilə topu bölüşə bilmədi, üçüncüdə zərbə vurduğu anda müdafiəçi ona mane oldu. Bir də hücumçunun qabiliyyəti təkcə qol vurmaqla ölçülürmü? Axı Nəriman dəfələrlə iki müdafiəçinin başını qatmaqla oyundaşlarının boş zonalar qazanmasına, sərbəst hərəkətinə şərait yaratdı. Bu başqa məsələ ki, Azərbaycan futbol ictimaiyyəti Nərimandan “Flamenqo”ya 5 milyon avroya satılan Juninyo səviyyəsini gözləyir. O Juninyo ki, sadəcə, “tank” idi, adına-sanına baxmadan müdafiəçiləri tapdayıb keçirdi, bitiricilik qabiliyyətinə söz ola bilməzdi. Nəriman bir yana, bu gün Azərbaycanda Juninyo səviyyəsində olan başqa bir yerli futbolçu varmı?
Müqayisə həqiqəti üzə çıxarmağın əsas yolu olmasa da, bu yerdə məşhur bir ifadəni xatırlatmaq istəyirəm. Rusiya yığması AÇ-2012-də mübarizəni dayandırandan sonra Juninyodan və Axundzadədən az məşhur olmayan, hətta “Arsenal”a gedib çıxan Andrey Arşavin ondan hesabat tələb edən Dövlət Dumasının üzvlərinə bax, belə demişdi: “Vaşi ojidaniya – vaşi problemı”.
Uzun illərin əziyyəti hesabına yetişdirilən Nərimanı, sadəcə, qol vura bilmədiyinə görə bu qədər asıb-kəsmək, təhqir etmək, ruhdan salmaq yaxşı yol deyil. Kim nə deyir-desin. Ən azı “Braqa” ilə duellərdəki qəhrəmanlığı xatirinə. Ən azı sabah yığmanın seçmə oyunlarında da əsas qol ümidlərimizdən biri olacağına görə. Mən onu bağışlayıram, siz özünüz bilərsiz!
Və sonda özümü “Qarabağ” rəhbərliyinin yerinə qoyuram: mövcud heyətlə ÇL-in əsas mərhələsinə düşə bilirəmsə, yeni və milyonluq futbolçunun gəlişi komandada maaş-münasibətlər balansını pozacaqsa, həmin milyonluq futbolçu çempionatda 300-500 azarkeş önündə oynayacaqsa, üstəlik əsas mərhələdə “divlər arasında quzu”nu xatırladacamsa, niyə silkələnməli, niyə pulumu çölə tökməliyəm?
Futbol yaradıcılıq, kreativlik ilə yanaşı, həm də məntiqə dayanan oyundu! Dünənki qələbədən ləzzət alaq, ÇL-in himnini növbəti dəfə Bakıda dinləməyə hazırlaşaq! Darıxmayın, hər şey yaxşı olacaq!
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri