O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"O danışan Nəsibə Zeynalova deyilmiş..." - bu barədə sosial şəbəkələrdə maraqlı məlumat yayılıb.
Milli.Az xəbər verir ki, müzakirələrə səbəb olan görüntülərin "Güllələnmə təxirə salınır" filmindən olduğu bildirilib. Qeyd olunur ki, ekran işi 1993-cü ildə lentə alınmağa başlansa da, maliyyə çatışmazlığı səbəbindən çəkilişlər yarımçıq qalıb. Layihənin davamı illər sonra tamamlanıb və film 2003-cü ildə tamaşaçılara təqdim olunub.
Yayılan məlumata görə, filmin səsləndirmə prosesi zamanı Nəsibə Zeynalova səhhətində yaranan problemlər səbəbindən obrazını özü səsləndirə bilməyib. Bu səbəbdən həmin obrazın dublyajı üçün aktyor Qorxmaz Əlili dəvət olunub. Sosial şəbəkə istifadəçiləri uzun illər həmin səslə bağlı yanlış təsəvvür formalaşdığını qeyd ediblər.
Paylaşımda həmçinin vurğulanıb ki, bəzi mənbələrdə aktrisanın səsləndirməni edə bilməməsi onun vəfatı ilə əlaqələndirilsə də, film nümayiş olunanda Nəsibə Zeynalova hələ həyatda idi. İddialara əsasən, sənətkarın səhhəti buna imkan vermədiyi üçün obraz başqa aktyor tərəfindən səsləndirilib.
Mövzu qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub və izləyicilər arasında müzakirələrə səbəb olub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 May 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















