Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Görürdüm Nəsibə Zeynalova gəlir, küncə sıxılırdım” Aktrisa ilə MÜSAHİBƏ

“Görürdüm Nəsibə Zeynalova gəlir, küncə sıxılırdım” Aktrisa ilə MÜSAHİBƏ

Icma.az bildirir, Lent az portalına istinadən.

O, həyatda heç birinə nail ola bilməsə də, səhnədə gözəl ana, nənə, xoşbəxt həyat yoldaşı obrazlarını yaradıb. Bütün ömrünü sənətinə, səhnəyə bağlayıb, saysız-hesabsız tamaşalarda oynayıb, seriallarda çəkilib.

Lent.az-ın müsahibi rəngarəng obrazları ilə tamaşaçı sevgisi qazanmış Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Gülcahan Salamovadır. 


- Gülcahan xanım, çox az müsahibə verirsiniz. Canlı verilişlərdə görmürük sizi. Yazanda cavab verdiniz ki, tanımadığınız nömrələri açmırsınız. Niyə qaçırsınız?

- Hə. Bir də görürsən zənglər gəlir tanımadığım adamlardan. Sevmirəm belə şeyləri. Mediadan isə qaçmıram, sadəcə danışmağı sevmirəm. Susmağa üstünlük vermişəm (düşünür). Amma, axır vaxtlar görürəm susmaq qızıl deyilmiş, ağlamayana süd vermirlərmiş.
- Aktrisa Gülcahan xanımı bir neçə cümlədə oxucularımıza necə təqdim edək?

- 1963-cü ildə Bakıda doğulmuşam. 1988-ci ildə ali məktəbi bitirən gündən bu teatrda işləyirəm. 36 ildir burdayam.

 - 36 illik əməyin qiymətini almısınız?

 - İndiki vəziyyətə baxılarsa, yox. Gözləyirəm. Qismət Allahdan. 10 ildən çox baş rollarda oynamışam. Arada 4 il  Afaq xanımın “Bəşir” teatrında işlədim, amma burdan da qopmamışdıq, teatrların çətin günləri idi onda. 

Afaq xanımın yaratdığı “Bəşir” teatrı ilə çox qastrollarımız olub, rayon-rayon gəzirdik, mədəniyyət evləri ağzına qədər dolu olurdu, insanlar ayaq üstə dayanıb izləyirdilər hətta. Hər buraxılış efirə verilirdi, insanlar sevərək tamaşa edirdilər. Çox populyarlaşmışdıq.

- Niyə fəaliyyəti dayandı bəs?

- Niyəsini deyə bilmərəm. Hər bir halda dövlət teatrı dövlət teatrıdır da, yenidən qayıtdıq bura.

- Həmişə xarakterik rollarda oynamısınız ?

- Yox baş rollarım çox olub. Teatra gələndən elə “qeroinya”ları oynayırdım. Sonra keçdim xarakterik rollara. Əslində elə tamaşalar var ki, orada hamı baş qəhrəmandır.  “Molla Nəsrəddinin 5 arvadı” tamaşasında hamı baş rol sayılır. “5 manatlıq gəlin”, “Adamın adamı”... Bu tamaşalarda hamısı əsas roldur.  Rolun böyüyü kiçiyi yoxdur. Əsas odur sevə-sevə oyna. Heç vaxt rola başdansovdu yanaşmamışam.

- Heç yorulmursuz?

- İllər məni yorub, həm də çox yorub. Amma bunu tamaşaya sızdırmamalıyam. Tamaşaçının nə günahı var? 

- Nələr yorub sizi?

- Bəlkə yaşım. Bəlkə qiymətimin verilməməsi. İnsana əməyinin qiymətləndirilməsi stimul verir.

-  36 illik əmək və siz heç bir fəxri ad almamıısınız.

Deyəsən bu yerdə özüm də istəmədən  Gülcahan xanımın yaralı yerinə toxunuram.. Gözləri dolur.

- Birdən efirə dəvət edirlər deyirlər sizi Xalq artisti, yoxsa Əməkdar artist kimi təqdim edək. Deyirəm heç birindən deyiləm. Utanıram bir az. Bilirsinizmi, bu adamı sındırır, çox sındırır (kövrəlir). O ad olsa da, olmasa da işimi görürəm. Amma o əməyimin bəhrəsidir. Nəticədir, sənətimə verilən qiymətdir. Deyirlər ad dalınca qaçma. Mən qaçmıram. Heç vaxt heç kimin qapısını döyməmişəm. Amma boşa gedən illər var. Ad önəmlidir. Adı olanlarla olmayanlar arasında ayrıseçkilik edilir. İnsan qırılır. 

- Amma insanlar  sizi sevir.

- Onu bilirəm. Xalqım məni sevir. Gözəl insanlar yanaşır diqqət göstərir bu çox xoş olur. Amma yenə də içimdə bir qırıqlıq qalır. 

- Bildiyimə görə, bu teatrda böyük aktyorların xüsusi  yazılmamış qaydaları olub bir zamanlar. Yaşlı, tanınmış aktyorlarla gənclər arasında subardinasiya qorunurmuş. Hətta tanınmış aktyor özü icazə verməsə, gənc ona yaxınlaşa bilməzmiş...

- Bəli olub. Özüm şahidəm. Mən dəhlizin bu başında görəndə ki, Nəsibə Zeynalova gəlir, divara sıxılırdım ki, o keçsin. Sonra yoluma davam edirdim.

- Bu qorxu idi, ya hörmət?

- Hörmət. Hörmət qorxu deyil. Səhnədə onunla oynamaq məsuliyyət idi. Çəkinirdim. Təzə gəlmişdim teatra, 15 gün məşqdən sonra ilk rolum onunla “Qızıl toy” tamaşasında oldu. Əsas rolları oynayırdıq, tərəf müqabilim idi. Görürdü çox çəkinirəm, deyirdi “qızım, narahat olma, çaşsan da, mən kömək edəcəm, səni oynadacam. İllərin sənətkarıydı, görürdü həyəcanımı.

- İndi gənclər sizə eyni bu münasibəti göstərir?

- Hər gənc eyni deyil. Heç nə deməyim bu barədə. Eləsi də var, beləsi də var. Söz eşitməyib, özünü müştəbeh aparan adama heç nə demirəm.

- Kaprizləriniz var?

- Var.

- Nədir o kaprizlər?

- Hansını deyim. Çoxdur. Bilirəm ki, kaprizli adamam. Əslində tələbim olur ki, işimizi düzgün quraq. 

- Küsənsiniz?

- Olur.

- Səhnədə küsdüyünüz adamla oynamaq asandı? Olub belə hal?

- Olub. Bir neçə dəfə səhnəni bölüşmüşük. Tamaşaçıya hiss etdirməmişəm. Tamaşa bitib, yenə hər şey əvvəlki kimi qalır. Mən sözü adamın üzünə deyirəm. Bu da hər kəsin xoşuna gəlmir. Küsür inciyir, su içsin.

- Doğru deyəni 9 köydən qovarlar deyirlər. Dostunuz qalıb?

- Mən bilirəm ki, haqlıyam, günah ondadı, küsməsin. Dost çox məsuliyyətli, müqəddəs sözdür. Yox mənim dostum yoxdur. Bölüşdüyüm insanlar var. Dost anadır, bacıdır, onları da itirmişəm. 

- Tək yaşayırsınız?

 - Bəli

-  Bildiyimə görə heç vaxt ailə qurmamsısınız. Gözəl, ağıllı xanımsınız. Kimsə ürəyinizi oğurlaya bilmədi, çox seçici davrandınız? 

 - Əvvəllər hə seçici idim. Sonralar istədim alınmadı. Qarşıma mənə bab adam çıxmadı. “Mən - mən” demirəm, sadəcə özümə uyğun insan görmədim. Ona görə dedim qoy elə belə olsun. Qismət beləymiş.

-  Peşmansınız?

- Peşmanam – gəncliyimdəki illərimi qaytarsaydılar başqa cür olardı. Sənət baxımından demirəm, yenə bu sənəti, səhnəni seçərdim. Amma ailə qurardım bəlkə də. Mən həm sənətə qurban verdim illərimi, həm də şəxsi həyatımı kimlər üçünsə yaşadım. Beşinci kursda oxuyanda anam rəhmətə  getdi. 12 il atamın qayğısını çəkdim. Bütün fikrimi ona verdim. Bacım da pandemiyada vəfat etdi. Qaldım tamam tək.

- Rollara görə hansısa yasaqlarınız, qadağalarınız var?

- Rollarım övladlarımdır. Nə rol alsam qane edir. Amma potensialıma uyğundursa oynayıram. 60 yaşım  var. Cavan qız rolu mənə uymaz.

- Sizin “Niyə” serialında oynadığınız ana obrazı çox fərqli, rəngli bir tipajdır. Gözlənilməz və maraqlı. Hətta rolda işlətdiyiniz ifadələr el dilinə düşüb.

- İnanın, o rolun nə qədər sevildiyini mən çox sonralar anlamışam. Fərqli ampluada idi. Özümə də maraqlı gəldi. Həmin rola görə küçədə aldığım iltifatlar məni heyrətləndirmişdi. Kimi görürəm salamdan qabaq “ana sözüdür bu?” deyir.

- Nə arzunuz qalıb sənətinizlə bağlı?

- Aktyorun ömrü səhnəyə bağlıdır. Əsas odur iş olsun. Bu günlə yaşayan adamam,  gələcəyi Allah bilir. Hər şeyin gözəli qismət olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri