Nəsimi Nəbizadədən reabilitasiyadan qaçması iddialarına cavab
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Tanınmış keçmiş teleaparıcı Nəsimi Nəbizadə bir müddət öncə tərk etdiyi “Qurtuluş” reabilitasiya mərkəzinin barəsində başlanmış cinayət işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Axşam.az xəbər verir ki, oxu.az-a açıqlama verən jurnalist qeyd edib ki, məsələdən məlumatlıdır:
“Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktla üzrə cinayət işi başlanılıb. Amma mənim həmin mərkəzlə artıq əlaqəm yoxdur, ona görə də işin nə yerdə olmasından məlumatsızam”.
N.Nəbizadə reabilitasiya mərkəzindən qaçması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Qaçmaq nədir? Məni ora həm də əməkdaşlıq adı ilə dəvət etmişdilər, bu təklifi qəbul etmişdim. 4 ay orada qaldım, gördüm ki, işlə bağlı layihə reallaşmır. Ona görə də mərkəzdən ayrıldım.
Hazırda yeni iş təklifi almışam, onu dəyərləndirirəm. Yaxın vaxtlarda yəqin ki, yeni işimlə bağlı açıqlama verəcəyəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 19 Yanvar 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















