Icma.az
close
up
RU
“Nəsiminin məzarının ölkəyə köçürülməsi gözəl təşəbbüsdür...” Tarixçi professor

“Nəsiminin məzarının ölkəyə köçürülməsi gözəl təşəbbüsdür...” Tarixçi professor

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə yayılan məlumatda qeyd olunur ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Tarixçi professor Xaləddin İbrahimli “AzPolitika”-ya açıqlamasında bu təşəbbüsü çox bəyəndiyini deyib: “Heç şübhəsiz, gözəl təşəbbüsdür. Nəsimi Azərbaycan ədəbiyyat tarixində ciddi yeri və dəyəri olan şair, həm də filosofdur. Onun məzarı Suriyada baxımsız durumdadır. Hələb sakinləri onun məzarına bir yabançı türbəsi kimi baxırlar. Çox nadir hallarda ziyarət edilir. Nəsimin nə sağlığında, nə də öldürüləndən sonra bəxti gətirməmişdi. Əmir Teymur dövründə Hürufilərin Toxtamışla əlaqədə oldugu, daha sonra isə Osmanlı dönəmində onların Vatikanla əlaqədəsi iddia edilərək Nəsiminin türbəsi diqqətdən kənarda qalmışdı”.

Professor qeyd edib, Nəsiminin məzarı vətənə gətirilməlidir:“Əminəm ki, onun vətəndəki türbəsi bir ziyarət yeri olacaq. Ümumiyyətlə, vətəndən kənarda kimin məzarı varsa, hamısını Azərbaycana gətirmək lazımdır. Ən öndə də Məhəmməd Əmin Rəsulzadə olmalıdır. Məncə, Moskvanın bu yöndəki təzyiqlərinə artıq məhəl qoymamaq olar. Rəsulzadə müasir Azərbaycan dövlətinin qurucusudur, ən yeni tariximizin başlanğıcı onun adı ilə baglıdır. Bu gerçəyi dəyişdirmək imkansızdır. Heç sovetlər də dəyişə bilmədi. Ona görə də heç vaxt itirmədən onun də məzarı vətənə gətirilməlidir”.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri