Icma.az
close
up
RU
Nəsiminin məzarının köçürülməsinə ehtiyac yoxdur Millət vəkili

Nəsiminin məzarının köçürülməsinə ehtiyac yoxdur Millət vəkili

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. Məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar olub, bu haqda Suriyaya məlumat verilib.

Məsələ barədə Metbuat.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Nəsiminin məzarının dəyişdirilməsinə ehtiyac yoxdur. Millət vəkilinin sözlərinə görə, belə dahi yazarların və düşüncə adamlarının məzarlarının köçürülməsi yalnız zəruri hallarda təhlükəsizlik və digər ciddi səbəblər olduqda əsaslandırıla bilər. Əks halda, bun mahiyyətcə heç nəyi dəyişməyəcək:

“Nəsiminin və ya Füzulinin məzarının Azərbaycana gətirilməsi onların irsini daha da gücləndirmir. Çünki hər iki böyük şairin əsərləri ölkəmizdə kifayət qədər təbliğ olunub, kitabları yazılıb və çap edilib. Onların adları küçələrdə, metrolarda, müxtəlif mədəniyyət ocaqlarında əbədiləşdirilib. Yəni məzarın fiziki olaraq Azərbaycanda olması artıq formalaşmış irsi dəyişmir.

Amma hər halda, klassik irs kimi Azərbaycan cəmiyyəti onu yaşadır və müəyyən mənada təbliği də kifayət qədər aparılıb. Halbuki, Azərbaycan tarixində bu gün daha çox diqqətə alınmalı olan xeyli şəxsiyyətlər var ki, onlar arxa planda qalıb. Məsələn, bəzi şairlərin Azərbaycan düşüncəsinə birbaşa xidməti olmayıb, amma Azərbaycanı xilas etmiş sərkərdələr məsələn, Nuru Paşa və başqaları layiq olduqları qədər xatırlanmır. Eləcə də Murad Gəray Tlexas kimi şəxsiyyətlər var: o, vaxtilə Bakının general-qubernatoru olub və bolşeviklər tərəfindən güllələnib. Təəssüf ki, onun adını xatırladacaq bir lövhə belə yoxdur. Halbuki, Bakıda bolşeviklərin güllələdiyi bu qəhrəman generalımız adıgey mənşəli olsa da, Azərbaycan xalqı üçün ən azı klassik irsimiz qədər önəmlidir”.

Millət vəkili hesab edir ki, cəmiyyət olaraq bu bu cür dəyərləndirmələrə artıq bir az fərqli yanaşmağı bacarmalıyıq. Çünki paradiqmalar dəyişib:

“Nəsimi irsi Azərbaycanda kifayət qədər təbliğ olunub, onun haqqında kitablar yazılıb, müxtəlif layihələr həyata keçirilib. Demək olar ki, metrolardan küçələrə qədər hər yerdə Nəsiminin adı əbədiləşdirilib. Üstəlik, dini baxımdan da məzarın köçürülməsi doğru deyil.

Hüseyn Cavidin məzarının gətirilməsi isə başqa bir məsələ idi. Çünki o, Tayşet sürgünündə itib-batmaq təhlükəsi ilə üz-üzə idi. Əgər vaxtında bu addım atılmasaydı, Cavidin məzarı Azərbaycana gətirilmədən yox ola bilərdi. O, həm də Azərbaycan dəyərlərinə bağlı bir şəxsiyyət idi. Bu baxımdan həmin qərar zəruri idi. Amma Nəsimi ilə bağlı belə bir təhdid yoxdur. Onun irsi – əsərləri, fikirləri və adı artıq xalqımızın həyatının ayrılmaz hissəsinə çevrilib”.

Fazil Mustafa qeyd edib ki, bu məsələyə yalnız emosional deyil, rasional yanaşmaq lazımdır. Əsl dəyər insanın məzarının harada olması ilə deyil, onun ruhu, yaradıcılığı, əsərləri və düşüncəsi ilə ölçülür:

“Məncə, belə hallarda diqqəti daha çox yaşayan yaradıcı insanlara, onların dəstəklənməsinə və klassik irsin sistemli şəkildə təbliğinə yönəltmək daha doğru olar. Çünki bu işlərə xərclənən vəsait xalq üçün daha böyük fayda verə bilər”, - deyə millət vəkili əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Avqust 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri