Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Nəsiminin məzarının köçürülməsinə ehtiyac yoxdur” Millət vəkili

“Nəsiminin məzarının köçürülməsinə ehtiyac yoxdur” Millət vəkili

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. Məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar olub, bu haqda Suriyaya məlumat verilib.

Məsələ barədə Gununsesi.info-ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, Nəsiminin məzarının dəyişdirilməsinə ehtiyac yoxdur. Millət vəkilinin sözlərinə görə, belə dahi yazarların və düşüncə adamlarının məzarlarının köçürülməsi yalnız zəruri hallarda təhlükəsizlik və digər ciddi səbəblər olduqda əsaslandırıla bilər. Əks halda, bun mahiyyətcə heç nəyi dəyişməyəcək:

“Nəsiminin və ya Füzulinin məzarının Azərbaycana gətirilməsi onların irsini daha da gücləndirmir. Çünki hər iki böyük şairin əsərləri ölkəmizdə kifayət qədər təbliğ olunub, kitabları yazılıb və çap edilib. Onların adları küçələrdə, metrolarda, müxtəlif mədəniyyət ocaqlarında əbədiləşdirilib. Yəni məzarın fiziki olaraq Azərbaycanda olması artıq formalaşmış irsi dəyişmir.

Amma hər halda, klassik irs kimi Azərbaycan cəmiyyəti onu yaşadır və müəyyən mənada təbliği də kifayət qədər aparılıb. Halbuki, Azərbaycan tarixində bu gün daha çox diqqətə alınmalı olan xeyli şəxsiyyətlər var ki, onlar arxa planda qalıb. Məsələn, bəzi şairlərin Azərbaycan düşüncəsinə birbaşa xidməti olmayıb, amma Azərbaycanı xilas etmiş sərkərdələr məsələn, Nuru Paşa və başqaları layiq olduqları qədər xatırlanmır. Eləcə də Murad Gəray Tlexas kimi şəxsiyyətlər var: o, vaxtilə Bakının general-qubernatoru olub və bolşeviklər tərəfindən güllələnib. Təəssüf ki, onun adını xatırladacaq bir lövhə belə yoxdur. Halbuki, Bakıda bolşeviklərin güllələdiyi bu qəhrəman generalımız adıgey mənşəli olsa da, Azərbaycan xalqı üçün ən azı klassik irsimiz qədər önəmlidir”.

Millət vəkili hesab edir ki, cəmiyyət olaraq bu bu cür dəyərləndirmələrə artıq bir az fərqli yanaşmağı bacarmalıyıq. Çünki paradiqmalar dəyişib:

“Nəsimi irsi Azərbaycanda kifayət qədər təbliğ olunub, onun haqqında kitablar yazılıb, müxtəlif layihələr həyata keçirilib. Demək olar ki, metrolardan küçələrə qədər hər yerdə Nəsiminin adı əbədiləşdirilib. Üstəlik, dini baxımdan da məzarın köçürülməsi doğru deyil.

Hüseyn Cavidin məzarının gətirilməsi isə başqa bir məsələ idi. Çünki o, Tayşet sürgünündə itib-batmaq təhlükəsi ilə üz-üzə idi. Əgər vaxtında bu addım atılmasaydı, Cavidin məzarı Azərbaycana gətirilmədən yox ola bilərdi. O, həm də Azərbaycan dəyərlərinə bağlı bir şəxsiyyət idi. Bu baxımdan həmin qərar zəruri idi. Amma Nəsimi ilə bağlı belə bir təhdid yoxdur. Onun irsi – əsərləri, fikirləri və adı artıq xalqımızın həyatının ayrılmaz hissəsinə çevrilib”.

Fazil Mustafa qeyd edib ki, bu məsələyə yalnız emosional deyil, rasional yanaşmaq lazımdır. Əsl dəyər insanın məzarının harada olması ilə deyil, onun ruhu, yaradıcılığı, əsərləri və düşüncəsi ilə ölçülür:

“Məncə, belə hallarda diqqəti daha çox yaşayan yaradıcı insanlara, onların dəstəklənməsinə və klassik irsin sistemli şəkildə təbliğinə yönəltmək daha doğru olar. Çünki bu işlərə xərclənən vəsait xalq üçün daha böyük fayda verə bilər”, – deyə millət vəkili əlavə edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri