Nəsli kəsilmiş Turan pələngi təbiətə qayıdır Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanda “Amur” ləqəbli erkək Turan pələngi təbiətə buraxılıb.
“Qafqazinfo” “Tengri Travel”ə istinadən xəbər verir ki, burada məqsəd nəsli kəsilmiş Turan pələnginin ölkədə populyasiyasını yenidən bərpa etməkdir.
Əvvəlcə baytarlar pələngin sağlamlığını yoxlayıblar, mütəxəssislər isə onun ovçuluq bacarıqlarını, müstəqil şəkildə yem əldə etmə qabiliyyətini və insana reaksiyasını qiymətləndiriblər. Nəticədə mütəxəssislər “Amur”un vəhşi təbiətdə yaşamağa hazır olduğunu təsdiqləyiblər.
Bundan sonra “İle-Balxaş” qoruğunun əməkdaşları onun hərəkətlərini xüsusi elektron boyunbağının köməyi ilə izləyəcəklər.
Məlumata görə, bu Qazaxıstan ərazisində təbiətə buraxılan ikinci Turan pələngidir. Daha əvvəl, bu ilin iyulunda “İle-Balxaş” qoruğunda “Ümit” ləqəbli dişi pələng azadlığa buraxılıb. Son 70 ildə Qazaxıstanda təbiətə buraxılmış ilk pələng olan “Ümit”in hazırda qoruğun ərazisinə uyğunlaşdığı və sərbəst ov etdiyi bildirilir.
Qazaxıstana gətirilən daha iki pələng balasının isə lazımi yaşa çatdıqdan və sınaqlardan keçdikdən sonra təbiətə buraxılacağı gözlənilir.
Qeyd edək ki, Qazaxıstanda Turan pələnginin bərpası layihəsi 2018-ci ildən həyata keçirilir. Həmin ildə 415 min hektardan çox sahəsi olan “İle-Balxaş” dövlət təbiət qoruğu yaradılıb, burada yırtıcıların yaşaması üçün yararlı ekosistem, tuqay meşələri bərpa edilib. Yırtıcılar üçün yem bazası yaratmaq məqsədilə əraziyə marallar və vəhşi uzunqulaqlar köçürülüb.
Populyasiyanın bərpası üçün Turan pələnginin ən yaxın qohumu hesab olunan Amur pələngi seçilib. Proqramın məqsədi təbiətdə sərbəst yaşaya və çoxala biləcək populyasiya formalaşdırmaqdır.
Turan pələngi vaxtilə Mərkəzi Asiyadan Qafqazadək geniş ərazidə yayılmış, lakin XX əsrin ortalarında nəsli kəsilmiş pələng yarımnövüdür. Azərbaycan təbiətində sonuncu Turan pələngi 1932-ci ildə öldürülüb. Turan pələnginin son fərdi isə Berlin zooparkında 1960-cı ilə qədər yaşayıb.




Baxış sayı:60
Bu xəbər 03 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















