Icma.az
close
up
RU
Netanyahu Bakı səfərindən buna görə imtina edib Pərdəarxası nələr baş verir? KONKRET

Netanyahu Bakı səfərindən buna görə imtina edib Pərdəarxası nələr baş verir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkiandan sonra İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri gözlənilsə də, son anda bu, baş tutmadı. Bəs görəsən, Netanyahu son anda Bakıya gəlməkdən niyə imtina etdi? Pərdəarxasında nələr baş verir?

Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:

“Netanyahunun Bakıya səfərinin son anda təxirə salınması həm daxili, həm də xarici faktorlarla bağlıdır. Belə ki, Netanyahunun bir neçə gün Bakıda qalacağı və mayın 10-da Azərbaycana gələcək Türkiyə lideri Ərdoğanla görüşəcəyi istisna olunmurdu. Burada Azərbaycanın vasitəçiliyi ilə İsrail-Türkiyə münasibətlərinə ciddi töhfə veriləcəyi gözlənilirdi. Amma son anda Suriyada baş verən hadisələr, İsrailin dəstəklədiyi Druz icmasının hökumət qüvvələri ilə toqquşması, bunun fonunda Suriya ərazilərinə hava hücumlarının təşkil olunması vəziyyəti bir qədər gərginləşdirdi. Bu məsələdə Türkiyənin sərt reaksiyasının şahidi olduq. Eləcə də Türkiyə tərəfi İsrail təyyarələrinin Suriya ərazisindən çıxması ilə bağlı xəbərdarlıq etdi. Bu səbəb Netanyahunun Bakı səfərinin təxirə salınması ilə nəticələndi”.

Politoloqun sözlərinə görə, ABŞ və İran arasında aparılan danışıqlar bu məsələlərə təsir edən amillər sırasına daxil edilə bilər:

“Belə ehtimal olunurdu ki, Bakıda İsrail-İran arasında münasibətlərin yumşaldılması ilə bağlı məsləhətləşmələr aparılacaq. Netanyahunun buradan Moskvaya gedəcəyi də gözlənilirdi. Bütün bunların hamısı nəzərdə tutulsa da, son anda Türkiyə və İsrail arasında münasibətlərin yenidən gərginləşməsi, Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından keçməsinin əngəllənməsi vəziyyəti dəyişdi. Görünür, Netanyahu nəzərdə tutulan proqramı həyata keçirə bilməyəcəyi üçün səfər təxirə salınıb”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see255

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see132

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see126

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see124

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see123

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see123

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see121

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see121

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see120

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see120

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see120

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see119

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see117

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see117

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see116

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri