Netanyahu Əbu Dabiyə niyə gizli getdi? Görüşün pərdəarxası
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi bildirilir.
“Yeni Sabah” xəbər verir ki, İsrailin 12-ci kanalı Netanyahunun bazar günü səhər şəxsi təyyarə ilə Əbu-Dabiyə getdiyini yazıb. Məlumata görə, baş nazir gün ərzində BƏƏ-də olub və axşam İsrailə qayıdıb. Səfər çərçivəsində BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüş keçirildiyi iddia olunur.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb. Netanyahu ofisi isə xəbərlə bağlı hər hansı açıqlama verməyib. pizza
Səfərin 2023-cü il 7 oktyabr hadisələri ilə bağlı yayılan yeni iddialardan sonra baş verdiyi də qeyd olunur. Həmin iddialara görə, BƏƏ prezidenti Netanyahuya HƏMAS-ın hücum təhlükəsi barədə əvvəlcədən xəbərdarlıq edib. Lakin həm BƏƏ tərəfi, həm də Netanyahu bu məlumatları daha əvvəl təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 28 Sentyabr 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















