Icma.az
close
up
RU
Yeni dünya düzəni və pərdəarxası savaşlar: Nələr baş verir?

Yeni dünya düzəni və pərdəarxası savaşlar: Nələr baş verir?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib. 

O bildirib ki, indi hər 3 ölkə ilə bağlı ciddi proseslərin getdiyi dövrdə Fransa Afrika və Yaxın Şərqdən uzaqlaşdırıldı: 

"Burada diqqətçəkən digər məqam ABŞ-İsrail tandemidir və bu tandemin Trampın ikinci dəfə ABŞ prezirenti seçilməsindən sonra çox yaxın olması Britaniyanın da Yaxın Şərqdə nüfuzunun zəifləməsinə yönəldi. Xüsusilə Trampın Avropa və Britaniyaya münasibəti, Kanadaya qarşı aşağılayıcı davranışları gözümüzün önündə və kameralar qarşısında (pərdə arxasında deyil) baş verdi. Britaniya Kralının Konqresdə çıxışı isə bütün bunlara qarşı verilən mesajlarla dolu idi. Britaniya Yaxın Şərqdə öz nüfuz dairəsinin ABŞ-İsrail xeyrinə zəifləməsi ilə barışmayacağı mesajlarını verib. Fransadan fərqli olaraq Britaniyanın öz layihə və investisiyalarını rahat bir şəkildə təhvil verməyəcəyi fonunda körfəz ölkələrinin raket və dronlarla vurulması, Səudiyyə Ərəbistanının Husilələrlə müharibəyə cəlb olunması düşündürücüdür. "Brexit"lə Avropa xarici siyasətindən fərqli siyasət yürütməyi hədəfləyən Britaniya Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrail tandeminin Yaxın Şərqdə fəaliyyəti fonunda yenidən Avropa ilə daha da yaxınlaşdı. Fransa bundan ruhlanaraq ABŞ-İsrail tandeminə qarşı daha sərt mövqe nümayiş etdirməyə başladı. Ardınca İspaniya və digər Avropa ölkələri də oxşar ritorikaya baş vurdular. 

Bu ritorikalara qarşı ABŞ-İsrail tandemi əlbəttə cavabsız qala bilməzdilər. Deməli, nə Yaxın Şərqdə təhlükəsizlik və toxunulmazlıq simvolları hesab edilən ölkələrin bombalanması, nə də Avropada baş verənlər, o cümlədən Trampın Ukraynaya təzyiqləri (əslində bu dolayı yolla Avropaya təzyiqdir) təsadüfi deyil". 

Ekspert qeyd edib ki, Çin, Yaponiya və digər Cənub Şərqi Asiya ölkələri, Latın Amerikası və Afrika ölkələri hadisələrdən hələlik (1-ci mərhələdə) uzaqdırlar: "Burada ən çətin mövqedə isə Yaxın Şərqə yaxın olan ölkələrdir. Prosesin ortasında olan regionlardan biri Yaxın Şərqdirsə, digəri də Cənubi Qafqazdır:

"Türkiyə hazırda həm Britaniya-Avropa, həm də ABŞ-la balansı saxlamağa yönəlmiş siyasət yürüdür. Burada düyünə çevrilmiş məsələ Türkiyə-İsrail münasibətləridir ki, əslində bu münasibətlərdə düyün nöqtəsi ilk baxışda Fələstin və Yaxın Şərqdə nüfuz dairəsini sürətlə genişləndirmək istəyən İsraillə maraqların toqquşması görünsə də, faktiki olaraq Türkiyənin Britaniya ilə yaxın münasibətləridir. Türkiyə iqtisadiyyatı Avropa ilə ticarət əlaqələrindən və Britaniya maliyyə dairələri ilə maliyyə tranzaksiyalarından çox asılıdır. Digər tərəfdən isə ABŞ ilə strateji müttəfiqlik və NATO üzvlüyü faktı var.

E.Sadıqovun fikrincə, ölkəmiz üçün tam olmasa da, qismən oxşar mənzərə var: "Əsas ticarət əlaqələrimiz Avropa ilədir. Bir tərəfdə strateji müttəfiqimiz, qarşılıqlı maraqların çox yüksək səviyyədə olduğu dost və qardaş Türkiyə, digər tərəfdə Azərbaycana davamlı və stabil şəkildə hərtərəfli dəstək göstərmiş strateji müttəfiq İsrail. Cənubda Orta Koridorla bağlı mənfi yanaşma nümayiş etdirən İran, şimalda İranın mövqeyini tam açıq olmasa da, müxtəlif mesajlarla dəstəkləyən Rusiya. 

Cənubi Qafqazı davamlı xaos altında saxlamaq ehtimalları Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və Ermənistanla müsbətə doğru davam edən əlaqələr fonunda azalsa da, risk amili olaraq Gürcüstan qalır. Yeri gəlmişkən, Gürcüstanın növbəti mərhələlərdə peşman olacağı tarixi səhvi edərək Cənubi Qafqazda oyunpozanlıq edəcəyinə inanmaq istəmirəm". 

Hazırda nələr baş verir? 

Ekspert vurğulayıb ki, Tramp aralıq seçkilərinə, Netanyahu isə parlament seçkilərinə daha güclü əl və reytinqlə getmək istəyirlər: "Burada da ziddiyyətli məsələ var. Netanyahunun İran məsələsini həll etməsi reytinqini və qələbə şansını artırar. Tramp üçün isə əksinə. Risk etməyə çəkinir. Vaxt azdır. İkinci dəfə İran məsələsində konkret nəticəyə nail olmamaq (Britaniya və Avropaya qarşı təzyiqlərin nəticə verməməsi fonunda bu risk yüksəkdir) aralıq seçkilərində Respublikaçılar üçün ölümcül zərbə olar. Tramp və Netanyahu İran məsələsində fərqli vəziyyətdədirlər. Kimin kimi inandıracağını zaman göstərəcək. 

Tramp Rusiyaya dəstək vasitəsilə Avropaya təzyiqini artırmaqla Yaxın Şərq məsələsində güzəştlər əldə etmək və tam dəstək almaq istəyir. Yeri gəlmişkən, məşhur bir misal var. Qumarı oynayanlar deyil, oynadanlar qazanır. Rusiyanı Ukrayna bataqlığına salaraq oyundankənar vəziyyətdə qoydular, Afrika və Yaxın Şərq məsələlərində Rusiya kənarda qaldı, Rusiyanın resurslarını isə embarqo səbəbindən diskontlarla ucuz qiymətlərlə dünya bazarlarına daşıyıb postpandemiya dövründə formalaşmış inflyasiyanı aşağı saldılar. Yaxın Şərqdə müqavimət göstərən Avropanı təzyiq altına salmaq üçün bu dəfə Rusiyaya dəstək verilir. Silah satışları, resursların talan edilməsi və sair məsələlər bir kənara. Bunlar böyük faciə deyil. Ən böyük faciə hər iki ölkədə qırılan yüz minlərlə gənc, onların yarımçıq qalan həyatları oldu. Dağılan və didərgin düşən, şikəst olan insanları da digər faciələrdir. 

Qeyd etdiklərim mürəkkəb pazlın (müxtəlif hissələrinin az bir qismidir. Bu az qismi birləşdirməyə çalışaraq nəticələr çıxarmağa çalışaq". 

"Hər bir dövlətin hazırki vəziyyətdə ən başlıca strateji vəzifəsi heç bir provokasiyaya və avantüraya getməməsi, hər hansı hərbi münaqişəyə qoşulmamasıdır. Azərbaycan və Türkiyə bu siyasəti davam etdirməyə çalışaraq İran münaqişəsi daxil hər bir münaqişədən uzaq durmağa çalışırlar. Milyonların (Rusiya-Ukrayna müharibəsi) göz yaşına məhəl qoymayan bu qəddar dünyada hər hansı bir kiçik səhv hər bir ölkə üçün ciddi fəsadlar verə bilər. Bütün bunların fonunda hazırda heç bir ölkə nəinki öz strateji müttəfiqini, hətta düşməni olmayan dostunu (ən azından ona qarşı çıxmayacaq bir ölkəni) belə itirməyi özünə rəva görməz. Bu səbəbdən Türkiyə-Azərbaycan münasibətləri kiçik fikir ayrılıqları fonunda ciddi zərər görməz. Hələ mən  dünya ticarətində önəmli paylardan birinə sahib olacaq Orta Dəhliz kimi beynəlxalq layihənin risk altına düşməsinin bu layihənin üzərində olan ölkələr üçün ehtimal olunan fəsadlarını qeyd etmirəm. 

Burada diqqət çəkən önəmli bir nüans nəzərə alınmalıdır. Növbəti 2-3 il ərzində çox ciddi proseslərin şahidi olacağıq. Burada bütün ehtimalları yazmaq da olmur. Türkiyə və Azərbaycan təkcə sözdə qardaş və müttəfiq ölkələr deyillər. Bu iki ölkənin bir-birlərinin zəifliklərini tamamlayan önəmli tərəfləri də var.  Sosial şəbəkələri kənara qoyaq. Amma Türkiyə dövlət ağlı Azərbaycanı doğru olaraq ərazi və əhalicə kiçik bir dövlət kimi görmür. Azərbaycan öz nüfuzu və strateji imkanları ilə Türkiyə üçün növbəti təlatümlü bir neçə il ərzində çox faydalar verə biləcək imkanlara sahibdir. Azərbaycan üçün də Türkiyə haqqında eyni sözləri demək vacibdir. Bütün duyğusal ortaq cəhətləri kənara qoyaraq ölkələrin öz milli və strateji maraqlarını qorumaq, papaqları başsız qoymamaq üçün atacaqları rasional addımlar bəllidir. 

Və ən böyük risk! ABŞ-İsrail və Britaniya-Avropa tandemi sadə məsələ deyil. Əvvəla hər iki tandem böyük imkanlara malikdir. İkincisi, bu tandemlər coğrafi olaraq ABŞ, İsrail, Britaniya və Avropa Birliyi ilə sərhədlənmir. Burada Çin, Hindistan, Kanada (Türkiyə-Kanada yaxınlaşmasına və Türkiyə Prezidentinin Kanada Baş Naziri ilə görüşdən sonrakı mətbuat konfransında "bütün fikir ayrılıqlarına son qoyduq" mesajına bir də qeyd etdiklərim prizmasından baxaq), Yaxın Şərq ölkələri, Cənubi Qafqaz var. Yeni Dünya Düzəninə gedən yolda bu iki tandem bir-birlərini bazarlıqda güzəştə getməyə məcbur etmək üçün həm də onların yanında olan ölkələrə dolayı və birbaşa yolla təzyiqlər, şantajlar tətbiq edə, intriqalara çəkə bilərlər.  Növbəti 2-3 il ərzində onsuz da kifayət qədər çağırış və problemlərlə üzləşmək ehtimalını nəzərə alaraq ən azı mövcud problemlərin həlli vacibdir. Bu səbəbdən Ermənistanın Sülh Sazişini qaranlıq görünən uzun dövrə təxirə salması deyil (bu həm də Ermənistan üçün ciddi fəsadlar doğurar), maksimum yaxın 1-2 il ərzində həll etməsi qaçılmaz həqiqətdir. Bu həqiqəti Ermənistanın dərk etməsinə və ya dərindən dərk edəcəyinə inanıram". 

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Oktyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri