Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

“Netanyahu nə qədər çalışsa da, Qəzza bölgəsini tam nəzarətə götürüb ilhaq edə bilməyəcək...”

“Netanyahu nə qədər çalışsa da, Qəzza bölgəsini tam nəzarətə götürüb ilhaq edə bilməyəcək...”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çünki İsrailin bir ildən çox davam edən son  amansız hücumu zamanı ata-analarını, övladlarını, bacı-qardaşlarını və s. itirmiş insanların qəlblərində bu işğal və qətliamları törədənlərə qarşı qatı nifrət olduğundan onların hər biri İsrail dövlətinə qarşı potensial rəqib və bir növ potensial canlı bombadırlar...”

Xəbər verildiyi kimi, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 14-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Danışıq zamanı əsasən Qəzza zolağında saxlanılan girovların geri qaytarılması, eləcə də Suriyadakı və Qəzza zolağındakı ümumi vəziyyət müzakirə edilib. Görəsən, Suriyada Əsəd rejiminin devrilməsi və İrana bağlı, eyni zamanda “Hizbullah” və “HƏMAS”ı müdafiə edən qüvvələrin demək olar ki, sıradan çıxmasından, nəticədə İranın mövqelərinin zəifləməsindən sonra Qəzzada, bəzi məlumatlara görə, 45 minə yaxın insanın qətliamı ilə müşayiət olunan savaşın tezliklə durdurulmaq şansı yaranacaqmı?.. Yoxsa Netanyahu ilə isti münasibətlərdə olan Tramp təxminən bir aydan sonra İsrailə Qəzzada, eləcə də “Hizbullah”la atəşkəs elan edilməsinə rəğmən Livanda da davam edən bu dəhşətli qırğınlara son qoymaq əvəzinə, onları davam etdirməyə və İsrail ordusunun daxil olduğu bütün ərazilərin ilhaqına şərait yaradacaq?..  

AzVP sədri Akif Nağı mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“İsrailin Qəzzada, Livanda, heç Suriyada da dayanmaq niyyəti görünmür, əksinə, deyəsən, yaranmış şəraitdən maksimum yararlanmaq fikrindədir.  Belə fikir yürütməyə Netanyahunun son açıqlamaları da əsas verir. O bildirir ki,  İsrail ordusu Colan(Holan) təpələrini tam şəkildə və əlavə olaraq Suriya ərazisindəki “bufer zona”nı da nəzarətə götürür. Belə görünür ki, İsrail həmin əraziləri bütövlükdə ilhaq etmək niyyətindədir. İndiyədək buna Suriya imkan vermirdi. Üstəlik, BMT də Colan yüksəkliklərini rəsmən Suriya ərazisi kimi tanıyır. Suriyada Əsəd rejimi devrildikdən sonra isə Netanyahu hökuməti həm də Trampın ötən prezidentliyi dövründə Colan təpələrini İsrail ərazisi kimi tanımasına güvənərək bu niyyətlərini tam şəkildə reallaşdırmaq istəyir və həmin istiqamətdə addımlar atır... 

Netanyahu son açıqlamalarında həmçinin onu  bildirdi ki, bundan sonra Qüds tam şəkildə İsrailin paytaxtı olacaqdır, onun Şərqi, Qərbi hissələrinə bölünməsi mümkün deyil.  Bununla da İsrail lideri fələstinlilərin Qüds “xülya”sından əl çəkmələri tələbini ortaya qoyur...

Eyni zamanda, bildiyiniz kimi, yalnız bir sıra türk, müsəlman ölkələri deyil, həmçinin bir çox Avropa, hətta Qərbə meyilli bəzi Latın Amerikası ölkələri, eləcə də beynəlxalq insan haqları təşkilatları da İsrailin Qəzzada, Livanda apardığı kütləvi qətliamlara qarşı çıxış edir, hərbi əməliyyatların dərhal durdurulmasını və bu hökumətin, onun başçısının cəzalandırılmasını tələb edirlər. Beynəlxalq Cinayət Məhkəməsi(BCM) də Netanyahunu beynəlxalq cinayətkar elan edərək onun barəsində həbs orderi çıxarıb. Ancaq təəssüf ki, İsrailin arxasında duran və mütəmadi beynəlxalq hüquqdan, ədalətdən dəm vuran ABŞ rəhbərliyi də bu qərara hörmətlə yanaşmır.  Hazırkı ABŞ prezidenti Co Bayden BCM-in bu qərarını “ağılsız və məntiqsiz bir qərar” hesab edir.  Bundan əlavə, qeyd etdiyiniz kimi,  yanvardan fəaliyyətə başlayacaq yeni seçilmiş Amerika prezidenti Donald Trampın da  Netanyahu ilə xüsusi əlaqələri və bağlılığı var. Və məhz onun ilk prezidentliyi dövründə ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürərək  həmin şəhəri İsrailin yeni paytaxtı kimi tanımaqla Netanyahu hökumətinə dəstək vermişdi.  Bütün bunları nəzərə alaraq demək olar ki, İsrail bir sıra niyyətlərinə çatmaq üzrədir və zəbt etdiyi əraziləri ilhaq edərək özünə birləşdirməyə çalışacaq. Bununla belə, Qəzza bölgəsini ilhaq etməsi onun üçün çətin olacaq. Çünki orada əhalinin böyük əksəriyyəti ərəblərdir və onların təşkilatlarını, silahlı qüvvələrini nə qədər sarsıtsalar da,  yenə də potensial müqavimət imkanları və ocaqları var. İsrailin bir ildən çox davam edən son  amansız hücumu zamanı ata-analarını, övladlarını, bacı-qardaşlarını və s. itirmiş insanların qəlblərində bu işğal və qətliamları törədənlərə qarşı qatı nifrət olduğundan onların hər biri İsrail dövlətinə qarşı potensial rəqib və bir növ potensial canlı bombadırlar. Ona görə də Netanyahu nə qədər çalışsa da, Qəzza bölgəsini tam nəzarətə götürüb ilhaq edə bilməyəcək. Eyni zamanda bunu xeyli hissəsi israilpərəst olsa da, dünya birliyi də qəbul etməyəcək.  Ona görə də İsrail Qəzza və bütövlükdə Fələstində tam şəkildə özünə uyğun, yəni “HƏMAS”dan, “Hizbullah”dan uzaq, onun bütün sifarişlərini yerinə yetriməyə hazır olan bir rejim yaratmağa çalışır. Bunu bir növ Rusiyanın 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəlinədək Çeçenistandakı tam olaraq Moskva əleyhinə olan rəhbərliyi, qüvvələri sıradan çıxararaq onların yerinə bu günədək Putinə can-başla, hələlik sədaqətlə xidmət edən kadırovları gətirməsi ilə müqayisə etmək olar... Amma ola bilər ki, Qəzzada belə bir rejim formalaşdırmağa nail ola bilmədiyi halda İsrail Trampın da dəstəyi ilə hərbi əməliyyatları davam etdirsin. Hələki buna ehtiyac olmayacağı görünür. Çünki hərbi əməliyyatlar vasitəsilə həm Qəzzada, həm Livanda planlarına nail olublar... 

Suriyada isə məsələ hələ tam aydın deyil. Bu ölkədə hakimiyyətə yeni gəlmiş qüvvələrin İsrailin istəklərini həyata keçirməyə tam şəkildə razılaşıb-razılaşmayacağı bəlli deyil. Ölkə ərazisində hazırda mövcud olan müxtəlif silahlı qüvvələrin İsrailə münasibətləri də fərqlidir. Yəni tutaq ki, Suriyada bu saat əsas aparıcı qüvvə olan “HTŞ” Netanyahu hökumətinə müəyyən dərəcədə, müəyyən çərçivələr daxilində loyal yanaşsa da, həmin təşkilatın lideri əl-Colaninin formalaşdıracağı hökumətin bütövlükdə, eləcə də hakimiyyətdən kənarda qalacaq qüvvələrin İsrailə necə münasibət bəsləyəcəyi bilinmir.  Yəni Suriyada hələ proses tamamlanmayıb və ola bilər ki, orada Trampın dəstəyi ilə İsrail tərəfindən hansısa əlavə bir əməliyyat keçirilsin.  Hələlik, belə görünür ki, Tramp Suriyada baş verənlərdən razı kimi görsənir. Hazırda Amerikanın Suriya məsələsində Türkiyə ilə əməkdaşlığı var. Daha doğrusu, Tramp Türkiyənin əli ilə öz maraqlarını həyata keçirməyə çalışır.  Həmin siyasət, yəqin ki, davam etdiriləcək. Türkiyənin mövqeyi Suriyada güclüdür və getdikcə də güclənəcəkdir. Bununla belə, Suriyadakı proseslər çox mürəkkəbdir.  

Sonda onu deyim ki, yalnız 2025-ci il yanvarın 20-də andiçmə mərasimi keçirildikdən və hakimiyyətə tam şəkildə oturduqdan təxminən bir ay sonra Trampın dediyi sözlərə nə qədər əməl edəcəyi, indiki mövqeyinin nə qədər dəyişəcəyi, İsraillə münasibətləri əvvəlki kimi saxlayıb-saxlamayacağı və s. bəlli olacaq. Həmin bir aylıq müddətin yeni seçilmiş ABŞ prezidentlərinin gələcək siyasətlərinin prioritetlərini müəyyən etməsi bir növ ənənəyə çevrilib...”

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see461

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see320

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see305

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see276

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see275

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see274

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see150

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see144

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see131

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see128

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see126

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see125

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri