Icma.az
close
up
RU
Qızılın qiyməti bahalaşacaq?

Qızılın qiyməti bahalaşacaq?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“FED-in sərt monetar xəttini 2026-cı ildə də davam etdirəcəyi gözlənilir. Xüsusilə qeyd edilib ki, qurumun yeni heyəti may ayında formalaşacaq və hazırkı sədrin səlahiyyət müddəti başa çatır. Yeni FED rəhbərliyinin ABŞ prezidenti Donald Trampın irəli sürdüyü namizədlərdən ibarət olması, həmçinin həmin şəxslərin Trampın faiz siyasəti ilə bağlı mövqeyini paylaşması faiz dərəcələrində daha sürətli ucuzlaşma ehtimalını artırır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Trampın gözləntisi FED-in faiz dərəcəsini 2–2,5 faiz aralığına qədər endirməsidir.

“O, bunun mümkün qədər sürətli şəkildə həyata keçirilməsini istəyir. Bu səbəbdən FED-in 2026-cı ildə daha aqressiv şəkildə faiz azaldılmasına gedəcəyi proqnozlaşdırılır. Təkcə FED-in qərarları deyil, həmçinin Avropa Mərkəzi Bankı, Böyük Britaniya və Yaponiya mərkəzi banklarının həyata keçirəcəyi faiz siyasəti də dolların dəyərinə təsir edən əsas faktorlardandır. Bu isə birbaşa qızılın qiymət dinamikasına da yön verir”.

İqtisadçı bildirib ki, qızılın qiyməti yalnız dollar və faiz dərəcələrindən deyil, qlobal siyasi, iqtisadi və hərbi gərginliklərdən də formalaşır:

“ABŞ–Çin münasibətlərinin hansı istiqamətdə dəyişməsi, ticarət müharibələrinin gedişi qızılın qiymətini müəyyən edən əsas amillərdəndir. Çünki qızıl təhlükəsiz aktiv hesab olunur və gərginlik artdıqca ona tələbat yüksəlir.”

Onun proqnozuna görə, 2026-cı il qızıl üçün bahalaşma ili olacaq, lakin son 12 ayda müşahidə olunan 16 faizlik rekord artım təkrarlanmayacaq:

“Gözlənti ondan ibarətdir ki, növbəti il daha kiçik faizlə bahalaşma müşahidə olunacaq. Çünki qızılın qiyməti çoxlu gözlənilməz qlobal faktorlarla şərtlənir. Gərginliklərin yumşalması qızılı ucuzlaşdıra, əksinə, artması bahalaşdıra bilər.”

Ayşən

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri