Netanyahu Qərb Şəriyəsini tam blokadaya almağı tapşırdı
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İsrailin Baş naziri Binyamin Netanyahu ordusuna və təhlükəsizlik qüvvələrinə Qərb Şəriyəsinin Hebron şəhərində komendant saatı tətbiq etməyi və bütün ərazinin tam blokadaya alınmasına hazırlaşmağı tapşırıb.
Turkustan.az xəbər verir ki, Netanyahu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Baş nazir müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir, Şin Bet rəhbəri David Zini, Milli Təhlükəsizlik Şurasının sədri Ben Ezra və Mərkəzi Komandanlığın komandanı Avi Bluth ilə vəziyyətin qiymətləndirilməsi üzrə görüş keçirdiyini bildirib.
Netanyahu İsrail qüvvələrinin Qərb Şəriyəsində genişmiqyaslı həbslər həyata keçirdiyini də qeyd edib.
Qərarın Hebronun şimal girişindəki hərbi nəzarət məntəqəsinə səhər saatlarında silahlı hücumdan sonra verildiyi bildirilir. Qarşıdurma nəticəsində iki fələstinli həlak olub, altı İsrail əsgəri yaralanıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri Hebronda genişmiqyaslı əməliyyat keçirib, iki fələstinlini saxlayıb və şəhərin bütün giriş-çıxış məntəqələrini bağlayıb.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















