Netanyahu İordan çayının qərb sahilində tam qapanma elan etdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Hebronda iki İsrail əsgərinin həlak olması ilə nəticələnən silahlı insidentdən sonra İordan çayının qərb sahilində tam qapanma rejiminin tətbiq edilməsinə dair sərəncam verib.
“Qafqazinfo” “Al Jazeera”yə istinadən xəbər verir ki, qərar cümə günü səhər saatlarında İsrail hərbçilərinin Telem məskəni yaxınlığında fələstinli silahlılarla atışmasından dərhal sonra qəbul olunub.
Qeyd edək ki, hadisə zamanı İsrail ordusu iki fələstinlini öldürüb. İsrail tərəfindən isə 2 hərbçi həlak olub, ən azı 5 nəfər yaralanıb.
İsrail ordusunun “böyük bir hücumun qarşısını aldığını” bildirən Netanyahu sosial media hesabında təhlükəsizlik qüvvələrinə Hebronu dərhal bağlamağı və İordan çayının qərb sahili boyunca tam qapanma rejiminə keçməyi tapşırıb. O qarşıdan gələn parlament seçkiləri ilə bağlı bütün tədbirlərini təxirə salıb.
İnsidentdən sonra İsrail ordusu İordan çayının qərb sahilinin müxtəlif bölgələrində genişmiqyaslı reydlərə başlayıb. Təkcə Cenin, Hebron, Nablus və Qüds ətraflarında 36-dan çox fələstinli saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 23 Oktyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















