Icma.az
close
up
RU
“Netanyahu Trampa 5 günə rejimi devirəcəyinə söz vermişdi ŞƏRH

“Netanyahu Trampa 5 günə rejimi devirəcəyinə söz vermişdi ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Zərdüşt Əlizadə: “İranın müqaviməti Trampın bütün planlarını alt-üst etdi” 

ABŞ və İsrailin fevralın 28-də İrana başlatdığı müharibə iyunun 8-də atəşkəslə başa çatdı. Tərəflər zamanla bir-birlərinə qarşı hücumlar həyata keçirsə də, iyunun 18-də imzalanan memoranduma əsasən hərbi toqquşmaların sonlanmasına möhür vuruldu.

Lakin İsrailin sazişdən kənarda qalması və sərt tələbləri regionda bərqərar olan atəşkəsin, müharibəyə çevrilmə riskini aktiv saxlayır. ABŞ və İran nümayəndə heyyətləri iyunun 21-də İsveçrədə bir araya gələrək, memoranduma daxil olan bəndləri müzakirə etdilər. Görüş ABŞ prezidentinin təhdidkar açıqlamalarına qədər normal keçib. Donald Trampın İranı bombalamaq təhdidlərinə etiraz edən Tehran nümayəndələri məkanı tərk ediblər. İran XİN-in sözçüsü İsmayıl Bəqayi bugünkü açıqlamasında tək bir sazişlə ABŞ-nin İrana olan ədavətinin yox olmayacağını vurğulayıb. Qarşı tərəfin ristorikası da sərtləşib. 

Politoloq Zərdüşt Əlizadə Sherg.az-a İran, ABŞ və İsrail arasında baş tutan müharibənin pərdəarxası məqamlarını şərh edib:

“İran öz əzmkar müqaviməti ilə Trampı çıxılmaz vəziyyətə saldı. Netanyahu, Trampı uzağı 5 günə rejimi yıxacaqlarına inandırmışdı. ABŞ-yə bel bağlayan İsrailin planları puç oldu. Əslində müharibə aparmaq onların gündəliyində yox idi. Çünki əsas ümidlərini İran daxilində yaratdıqları üsyanlara dikmişdilər. Daxili iğtişaşlarla, rejimi devirə bilməyəcəklərini anladıqdan sonra son çarə hücuma keçdilər. Onlar İranın əsas simalarını öldürsələr də, rəsmi Tehran düzgün siyasi xətt yürütdü. Əvvəlcə Hörmüz boğazını bağlayıb, dünya iqtisadiyyatını iflic vəziyyətinə saldı, daha sonra satqın Körfəz ölkələrinin ərazisində yerləşən ABŞ hərbi bazalarını bombaladı. ABŞ və İsrail bunu İrandan gözləmirdi. İsrailin “Dəmir Qübbə” müdafiə sistemi süzgəcə çevrilmişdi. Təl-Əviv hərbi senzura vasitəsilə məruz qaldığı itkiləri gizlətsə də, ölkə ciddi dağıntılarla üz-üzə qaldı”.

Politoloqun sözlərinə görə, İsrail “ağa nəzərəm, belə gəzərəm” şüarına sarılıb, İranda 47 il kök salmış rejimi yıxa bilməz:

“Tramp gördü ki, müharibəyə davam etdikcə, itirən tərəf özü olacaq. Çünki qarşıdan konqres seçkiləri gəlir. Əgər seçkilərdə Demokratlar Partiyası üstünlük qazansa, onların iki il ərzində işi-gücü Trampı it ölüsü kimi o yan bu yana sürüyüb, prezidentlikdən qovanadək, impiçmentini tələb etmək olacaq. Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün yetərli sayda səhvləri var. Lakin o, tarixə uğursuz prezident kimi düşmək istəmir. konqres seçkilərinin keçirilməsinə də 2 il yarım vaxt qalıb. Tramp daxili auditoriyada xal qazanmaq üçün seçkilərə qədər müharibəyə son qoymağı hədəfləyib. Onun İrandakı rejimi yıxmaq cəhdləri uğursuz oldu”. 

Z.Əlizadə qeyd edib ki, Tramp bir ara nüvə proqramını genişləndirməyi də düşünürdü:

“ABŞ-nin nüvə silahı istehsal etməyə texniki imkanları olsa da, Trampın proqramı genişləndirmək cəhdlərinin qarşısı alındı. Hətta o, ABŞ-nin Birləşmiş Qərargah Rəisi Dan Kaindən nüvə silahının kodlarını verməsini istəmişdi. Kain isə Trampa cavabında bildirdi ki, İran ABŞ üçün təhdid yaratmadığı halda, ona qarşı nüvə silahından istifadə etmək hüquqi nəticələrə, o cümlədən həbs cəzasına səbəb ola bilər. Quru qoşunları ilə ölkəyə daxil olmaq planları da iflasa uğradı. Çünki İranı girmək üçün ona azı 1 milyonlq ordu lazım idi. ABŞ-nin isə cəmi 450 minlik ordusu var. Trampın dəniz əməliyyatı vasitəsilə uğur qazanmaq şansı da sıfıra bərabər olacaqdı. İranın sahildən buraxılan gəmiəleyhinə raket sistemləri var. ABŞ dəniz qüvvələri İran sahillərinə yaxınlaşan kimi, İranın uzunmənzilli raketləri tərəfindən vurulacaqdı”. 

Müsahibin fikrincə, Körfəz ölkələri ABŞ-nin təhlükəsizlik çətiri altında olsalar da, zərbələrə məruz qaldıqları üçün Trampı müharibəni dayandırmağa çağırdılar:

“Onlar anlamır ki, regionda təhlükəsizliyi təmin etmək üçün İranla xoş münasibətlər qurmaq kifayətdir. Fikir verirsinizsə, Netanyahu regionda çatana çatır, çatmayana da daş atır. Hamını hədələyib, torpaqlarını İsrailə birləşdirməyə cəhd göstərir. İran isə yalnız məzlum xalqların yanında olmağa çalışır. Biz bunu Fələstin və Qəzzaya göstərdiyi dəstəkdən görə bilərik. İrana terrorçu dövlət deyənlər, 20 min günahsız uşağın qanını içən İsrailə çevrilib, baxsınlar. Qəzzada ölənlərin sayı artıq yarım milyona çatır. Millətə yaxınlarının meyitlərini dağıntıların altından çıxarmağa belə icazə vermirlər”. 

Politoloq onu da vurğulayıb ki, İsrail əsgərləri fələstinli uşaqları öldürmələrini onların gələcəkdə böyüyüb, terrorçu ola biləcəkləri ilə əsaslandırırlar:

“Bu cür düşüncə yalnız faşist təfəkkürdə yer tuta bilər. Bütün dünyada yəhudilərə olan hörməti ölüb. Əvvəllər Holokost soyqrımına görə onlara yazığı gələnlər, indi A.Hitlerə rəhmət oxuyurlar. Bilirsiniz, İsrail nəyə görə regionu qan gölünə çevirir? Məqsədi “Böyük İsrail” dövləti qurmaqdır. Bir zamanlar, ermənilər “Böyük Ermənistan” yaratmağın xam xəyalına düşmüşdülər. Ermənilərlə yəhudilər xəstə təfəkkürə sahibdir. Erməniləri məğlubiyyətlə müalicə elədiyimiz kimi, İsrail də müalicə edən olmalıdır. Yalnız məlubiyyətin dadını biləndən sonra ağılları başlarına gələcək”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyun 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri