Icma.az
close
up
RU
Netanyahu Trampdan kömək istədi Türkiyə və İsrail müharibəyə hazırlaşır?

Netanyahu Trampdan kömək istədi Türkiyə və İsrail müharibəyə hazırlaşır?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İsrailə hücum məqsədilə Suriyanın baza kimi istifadə edilməsini istəmirik”.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Trampla görüşündən sonra verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, İsrail Türkiyə ilə münaqişənin tərəfdarı deyil: “Trampın Ərdoğanla yaxşı münasibəti mövcuddur, onun bizə kömək etməsini istəyirik. Həmçinin, Trampla Türkiyə ilə münaqişənin qarşısını necə ala biləcəyimizi də müzakirə etdik”. 


Maraqlıdır, İsrailin qorxusu nədir və Suriya ərazisindən hücum ehtimalı nə qədər realdır? İki ölkə arasında illərdir davam edən gərginlik yeni mərhələni başlada bilər?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Bəşər Əsəd rejimi dövründə Suriyanın Livanla sərhədindən istifadə edərək, bu ölkədə fəaliyyət göstərən Hizbullah terror təşkilatına müxtəlif formada dəstək verdiyini deyib. Onun sözlərinə görə, İsrail isə bu vəziyyəti bəhanə edərək, işğal altında saxladığı Golan Təpələrindən bir qədər irəliləyərək Dəməşqə doğru yaxınlaşmaq məqsədi güdürdü:

"Bu addımı ölkənin təhlükəsizliyi ilə izah etsə də, fakt ondan ibarətdir ki, bu ərazilər işğal edildikdən sonra onların geri qaytarılması ilə bağlı heç bir addım atılmayıb. Bu isə beynəlxalq hüquq baxımından müstəqil bir dövlətin ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirilir.Eyni zamanda, İsrail bu ərazilərdən özünə qarşı təhlükələrin mövcud olduğunu iddia edir. Bu təhdidlər əsasən İran və regionda fəaliyyət göstərən terrorçu qruplara yardım edən qüvvələrlə əlaqələndirilir. Xüsusilə, İranın bölgədəki proksi qüvvələri təhlükə mənbəyi kimi göstərilir. Bununla yanaşı, dolayısı ilə Türkiyəyə də işarə edilir. Belə ki, əldə olunan məlumatlara əsasən, Suriya ərazisində Türkiyənin hərbi bazalar qurması məsələsi artıq razılaşdırılıb”.


Politoloq bu kontekstdə Türkiyə ordusunun Suriya ordusuna təlim keçəcəyini və bunun da İsrailin təhlükəsizlik baxımından narahatlığına səbəb olduğunu bildirib:

“İsrail üçün Yaxın Şərqə çıxış nöqtəsi olan Suriya ərazisində Türkiyənin hərbi varlığı, Tel-Əvivin Ankaraya birbaşa qonşu olması anlamına gəlir. İsrail tərəfi bunu təhlükə kimi dəyərləndirir. Halbuki, Ankara rəsmi mövqeyində bildirir ki, Türkiyənin heç bir dövlətə qarşı təcavüz niyyəti yoxdur və yalnız İsrailin region ölkələrinə qarşı təcavüzkar siyasət aparmaması şərtilə bu bölgədə fəaliyyət göstərir. Digər tərəfdən, İsrail, Qəzza, Livan, Suriya və Suriya-İraq sərhədi bölgəsində fəaliyyət göstərən PKK terrorçularından Türkiyəyə qarşı istifadə edir. Türkiyə bu təhlükənin qarşısını almaq üçün indiyədək dörd böyük hərbi əməliyyat həyata keçirib və regionda terror dəhlizi yaratmaq planlarının qarşısını alıb. Hazırda isə məqsəd PKK və onun Suriyadakı qollarının tamamilə məhv edilməsidir”.

N.Mirinin fikrincə, bütün bu proseslər fonunda, ABŞ-İsrail münasibətləri və ABŞ-Türkiyə əlaqələri də diqqət mərkəzindədir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətləri bu balansda önəmli rol oynayıb:

“Dünənki mətbuat konfransında Tramp, Ərdoğana hörmət etdiyini və onu sevdiyini açıq şəkildə bəyan edib. Eyni münasibət İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən də ifadə olunub. Netanyahu, Tramp və Ərdoğan arasında dostluğun mövcud olduğunu təsdiqləyərək, bu münasibətlərin bölgədəki bəzi gərginliklərin həllində rol oynamasını gözlədiklərini deyib”.

Ekspert nəzərə çatdırıb ki, Tramp administrasiyası seçki ərəfəsində Suriyanın Türkiyəyə buraxılmasının və digər xarici qüvvələrin bölgədən çıxarılmasının vacibliyini bəyan etmişdi:

“Mövcud regional və qlobal gərginliklər, xüsusilə ABŞ və İsrailin İranla bağlı artan narahatlıqları fonunda, Vaşinqtonun Türkiyə ilə əməkdaşlıqda maraqlı olduğu görünür. Türkiyə-İsrail qarşıdurması hazırkı mərhələdə nə Ankaranın, nə də Tel-Əvivin maraqlarına uyğundur. Lakin bu, gələcəkdə belə bir qarşıdurmanın baş verməyəcəyi anlamına da gəlmir. Bu ehtimal hələlik zəif görünsə də, müşahidəçilər bunu sadəcə zaman məsələsi kimi qiymətləndirirlər”.

Fidan Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri