Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla müəyyən məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib.
Netanyahu CNN telekanalına müsahibəsində bildirib ki, tərəflər arasında zaman-zaman fikir ayrılığı yaranır.
“Bəli, aramızda vaxtaşırı fikir ayrılıqları olub. O, ABŞ prezidentidir və ABŞ üçün ən doğru hesab etdiyi qərarları verir. Mən isə İsrailin Baş naziri kimi ölkəm üçün vacib və faydalı olan addımları atıram”, – deyə Netanyahu vurğulayıb.
Bununla belə, o qeyd edib ki, əksər hallarda ABŞ və İsrailin maraqları üst-üstə düşür.
“Əsas məsələlərdə mövqelərimiz eynidir. Bəzən fikir ayrılığı olsa da, biz əsl müttəfiqlərik”, – deyə İsrailin Baş naziri əlavə edib.
Baxış sayı:168
Bu xəbər 07 İyul 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















