Netanyahunun köməkçisini ömürlük həbs gözləyir KİV
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşaviri Eliezer Feldşteyn məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzası ilə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, Feldşteyn əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.
Nəşrin məlumatına görə, bu işdə şübhəli bilinən İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan və adı açıqlanmayan başqa bir hərbçisini isə yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qəzetin daha əvvəl yaydığı məlumata görə, ittiham aktında qeyd olunur ki, Feldşteyn dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə edib və İsrail baş nazirinin ofisinə ötürüb.
Qəzetin materialında qeyd edilir ki, o, bu sənədlərdən birini “Bild”ə verib.
Bu mövzuda digər xəbərlər:Netanyahunun köməkçisini ömürlük həbs gözləyir
22 Noyabr 2024 09:39
Netanyahunun keçmiş köməkçisini ömürlük həbs gözləyir
22 Noyabr 2024 14:26
Netanyahunun köməkçisini ömürlük həbs cəzası gözləyir KONKRET
22 Noyabr 2024 14:03
İsrail mediası: Netanyahunun köməkçisini ömürlük həbs gözləyir
22 Noyabr 2024 15:15
Baxış sayı:73
Bu xəbər 22 Noyabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















