Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

4 ölkə İranı xilas etdi: Netanyahunun Trampdan ilginc xahişi

4 ölkə İranı xilas etdi: Netanyahunun Trampdan ilginc xahişi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail və İranın dekabrın sonunda bir-birilərinə hücum etməmək barədə razılığa gəldiyinə dair məlumatlar, iki ölkə arasında detalları gizli saxlanılan bir sövdələşmənin olmasına dair iddiaları gücləndirib.

Xüsusilə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampdan İrana qarşı birbaşa hərbi hücumdan çəkinməyi xahiş etdiyinə dair xəbərlər bir sıra suallar doğurur.

Onilliklərdir bir-birini açıq düşmən elan edən iki dövlət arasında belə bir pərdəarxası yaxınlaşma mümkündürmü, yoxsa bu iddialar geosiyasi manipulasiyanın bir hissəsidir?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Netanyahunun Trumpdan İrana qarşı hərbi əməliyyatı təxirə salmağı xahiş etməsi ilə bağlı xəbər müxtəlif mənbələr tərəfindən təsdiqlənib:

“O cümlədən, “Times of Israel” və digər əksər beynəlxalq xəbər agentlikləri də bunu yayımlayıb. Sözügedən müraciət Trampın kürsüdə olarkən İrana qarşı mümkün hərbi hərəkata dair planların müzakirə olunduğu bir vaxtda edildi.

Vurğulamaq lazımdır ki, Netanyahu və Trump arasında bu söhbət İranda davam edən genişmiqyaslı etirazlar, rejimin sərt müdaxiləsi və nüvə məsələləri ilə bağlı gərgin vəziyyət fonunda baş verir. ABŞ-ın bölgə ölkələri və bəzi ərəb dövlətləri ilə koordinasiyalı olaraq hərbi əməliyyatı təxirə salması, ən azı mübahisəli bir mərhələdə yaşandı. Yəni təxirəsalma yalnız Netanyahunun istəyi ilə deyil, həm də onun istəyi ilədir.

Belə bir qərarın arxasında isə bir neçə əsas səbəb durur. İlk növbədə təxirə salma qərarı böyük müharibə riskinin, yəni İranın cavab hücumları və genişmiqyaslı qarşıdurmanın qarşısını almaq məqsədilə verildi. Həmçinin Səudiyyə Ərəbistanı, Qətər, Oman və Misir kimi ərəb ölkələri də belə hücumların bölgədə genişmiqyaslı münaqişəyə səbəb ola biləcəyini vurğulayıblar. ABŞ isə İsrailin Yaxın Şərqdə son fəaliyyətləri fonunda onsuz da narazı qalan ərəb müttəfiqlərini daha da qıcıqlandırmaq istəmir.

Digər səbəb Vaşinqtonun prioritetiləri ilə bağlıdır. ABŞ diplomatik təzyiq və sanksiyalar vasitəsilə İranı nüvə proqramı və insan haqları məsələlərində daha çox tənzimləməyə çalışır. Bu, hərbi əməliyyata alternativ kimi təqdim olunur”.


Vüqar Zifəroğlu

Ekspert bildirib ki, başqa bir önəmli məqam İranın daxilində gedən proseslərlə bağlıdır:

“Trump administrasiyası İranın bəzi icra edilməsi planlaşdırılan edamları dayandırdığına dair məlumatlar qəbul etdiyini açıqlayıb. Bu, situasiyanı biraz yumşaldıb və həmçinin təxirə salma qərarına təsir edib.

Ən əsas səbəb İsrailin özü ilə bağlı faktordur. Bu ölkədə seçkilər yaxınlaşır. Birbaşa və genişmiqyaslı hərbi müdaxilə Təl-Əviv üçün də ağır nəticələrə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, İsraildə seçkilər yaxınlaşdıqca İran faktoru, regional gərginlik və daxili narazılıqlar seçki gündəmini birbaşa müəyyən edən əsas amillərə çevrilir. İranın nüvə proqramı, regional proksilər vasitəsilə İsrailə təzyiq imkanları və kiber-təhlükələr cəmiyyətdə təhlükəsizliklə bağlı narahatlığı artırır. Bu fon Netanyahu iqtidarına ənənəvi üstünlük verən “təhlükəsizlik lideri” imicini ön plana çıxarmağa imkan yaratsa da, eyni zamanda hökumətin uzunmüddətli strategiyasının effektivliyi ilə bağlı sualları da gücləndirir. Daxildə isə sosial-siyasi parçalanma, məhkəmə islahatları ətrafında etirazlar, hərbi xidmət və koalisiya böhranları seçicilərin əhəmiyyətli hissəsində hökumətə etimadı zəiflədib. Belə həssas zamanda Netanyahu üçün bu, olduqca ciddi riskdir. Hazırda rəsmi Tel-Əviv İranla bağlı bütün təbliğatını daxildəki etirazlara dəstək və bu etirazlar nəticəsində rejim dəyişikliyinin baş verməsinə yönəldir, Pəhləvini isə alternativ kimi təqdim edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri