Netflix əməkdaşlarının 6% ni ixtisar edəcək
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın ən böyük striminq platformalarından biri olan "Netflix" qlobal işçi qüvvəsinin təxminən 6%-ni, yəni 1000-ə yaxın vəzifəni ixtisar etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Netflix-in həmsədrləri Ted Sarandos və Qreq Peters çərşənbə günü əməkdaşlara göndərdikləri elektron məktubda ixtisarların əsasən məhsul, texnologiya, hüquq və insan resursları komandalarını əhatə edəcəyini bildiriblər.
Bu, şirkətin 2022-ci ildən bəri həyata keçirdiyi ən böyük ixtisar dalğası olacaq. Ötən ilin sonuna şirkətdə təxminən 16 min nəfər çalışıb və onların yarıdan çoxu ABŞ-da fəaliyyət göstərib.
Qeyd edək ki, Netflix-in "Warner Bros. Discovery" şirkətini satın almaq cəhdi uğursuzluqla nəticələnib. İnvestorların bir qismi bu prosesi şirkətin gələcək inkişafı baxımından zəiflik əlaməti kimi qiymətləndirib.
İxtisar qərarı şirkətin böyümə tempinin yavaşlaması ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















