Icma.az
close
up
RU
“Nəticəni xeyrimizə çevirməliyik” Sadıqov

“Nəticəni xeyrimizə çevirməliyik” Sadıqov

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında sabah “Payde”yə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərimizin qarşısında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələ keçək. Rəqibin müəyyən üstünlüyü var. Ən yaxşı oyunlarımızdan birini keçirib, qələbə qazanmağa çalışacağıq.

– “Payde” “Torpedo”dan daha güclü idi?
– Bəzi suallara istədiyim kimi cavab verə bilməyəcəyəm. Rəqib də bizi təhlil edir, verdiyimiz açıqlamalara baxırlar. İki komandanın da üslubu bir-birinə bənzəyir. Lakin fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah açıqlayarıq. İlk matçda oyun istədiyimiz kimi gedirdi, yaxşı görünən tərəf biz idik. Lakin rəqib nəticəyə oynamağı bacardı və əlinə düşən bir imkandan maksimum yararlandı. Çoxsaylı hücumlarımızı qola çevirə bilmədik. “Payde” müəyyən dəqiqələrdə təzyiqi artırıb, fərqlənməyə çalışırdı. Son 10 dəqiqə isə istəmədiyimiz şəkildə keçdi. Çoxlu standartlar oldu və sonda bir qol vura bildilər. Avrokuboklarda təcrübəliyəm. Burda asan matç yoxdur. Bir oyunu tam üstün oynaya bilərsən, amma rəqib də bir imkandan yararlanır. Belə matçlarda yaxşı oyun kifayət etmir, nəticə də qazanmalısan. “Payde” təcrübəli rəqibdir, yaxşı məşqçiləri də var. Əlimizdən gələni edəcəyik ki, planlarımız işləsin.

– Turu keçəcəyiniz təqdirdə, hansı rəqiblə qarşılaşmaq istərdiniz?
– Bu haqda düşünmürəm. Bütün diqqətim “Payde”dədir. “Torpedo” ilə duellərdə də belə idim. Bu gün məğlub tərəfik, növbəti rəqibi düşünməyə haqqımız yoxdur. Sabahkı oyunda nəticəni xeyrimizə çevirməliyik.

– Sabah öz üslubunuza sadiq qalacaqsınız, ya fərqli sistemi yoxlayacaqsınız?
– Aşağı-yuxarı eyni ssenari olacaq. Ola bilsin, rəqib daha ürəkli oynasın. Çünki ötən matçda ikinci hissədə təzyiq göstərib, irəli atıla bilirdilər. “Payde”nin planı necə olacaq, bilmirəm. İstəklərimiz var, çalışacağıq ki, ilk dəqiqələrdən oyunumuzu oynayaq.

– İssa Cibrilla bu mövsüm yaxşı görünmür. Nəsə problemi var?
– Bütün məsələləri diqqətlə təhlil edirik. Kubokun finalından sonra dedilər ki, nə üçün Cibrillanı əvəzlədiniz? Biri var sual, biri var qınaq. İssa ötən il altı dəfə zədələnib. Bir dəfə 4, bir dəfə 1 ay, bir dəfə 3 həftə buraxıb. Son olaraq finalda zədə aldı və bir aylıq bərpa keçdi. Hələ tam formasında deyil. Düşünürəm ki, sabahkı oyunda ona çox ehtiyacımız olacaq. Ümid edirəm ki, bütün futbolçular mövsümün ən yaxşı oyunlarından birini keçirər.

– Yeni gənc futbolçular heyətə cəlb etmisiniz. “Yeni Suma” axtarışındasınız?
– Futbolçuların potensialına inansaq, heyətə dəvət edəcəyik. Ötən il Abdul Azizi transfer etdik, yaxşı da oynayırdı, amma sonra ciddi zədə aldı. Smit və Kris də gəncdir, onların potensialına inanıram. Birinci Sumanı, birində Cibrillanı axtarırıq. Ümid edirəm ki, onlar da parlaya biləcəklər. İkisinin də ilk peşəkar komandası bizik. Əlimizdən gələni edəcəyik ki, özlərini aça biləcəklər.

– Transferlər bitib?
– Xeyr, hələ 4-5 legioner olacaq. Avrokuboklara görə çempionatı qurban verməyəcəyik. İzlədiyimiz oyunçular var. Fürsətdən istifadə edib, “Sabah”ı təbrik edirəm. Digər komandalarımıza – “Qarabağ”, “Neftçi”yə uğurlar arzu edirəm. İnşallah, bütün komandalarımız əsas mərhələdə olarlar. Bu, futbolumuz üçün böyük təkan olar.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 İyul 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri