İşsizlikdən sığorta ödənişləri də artacaq AÇIQLAMA
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İşsizlikdən sığorta ödənişinin məbləği əməkhaqqı ilə əlaqəlidir. Gələn il minimum əməkhaqqının artırılması bu ödənişlərə necə təsir edə bilər?
Deputat Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artacağı təqdirdə, işsizlikdən sığorta ödənişinin məbləğində də dəyişiklik ola bilər. Onun sözlərinə görə, gələn il minimum əməkhaqqının artırılması nəticəsində təxminən 700 min vətəndaşın maaşında artım gözlənilir.
Deputat qeyd edib ki, işsizlikdən sığorta ödənişi sosial müavinətlər kimi hamı üçün eyni, sabit məbləğ deyil. Ödəniş şəxsin əmək fəaliyyəti və əməkhaqqı göstəriciləri nəzərə alınmaqla hesablanır. Sosial müavinətlərin məbləği isə müvafiq qərarlarla müəyyən edilir.
Hazırda minimum işsizlikdən sığorta ödənişi minimum aylıq əməkhaqqına bərabərdir və 400 manat təşkil edir. Əsas sığorta ödənişi şəxsin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi əsasında hesablanır, lakin minimum məbləğdən az və əvvəlki il üzrə ölkədəki orta aylıq əməkhaqqından çox ola bilməz. Ödəniş almaq hüququ işdən çıxarılma səbəbindən və sığorta stajından asılıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il martın 1-nə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460,9 manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 29 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















