Nevada Universitetinin professoru: Xəzər dənizinin suyu azalır, birgə əməkdaşlıq lazımdır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"İlk növbədə qeyd edim ki, Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çox yaxşı təşkil olunub. Müzakirə ediləcək mövzular kifayət qədər maraqlıdır. Son bir neçə gündə gənclər üçün təqdim olunan mövzular da çox faydalı və maraqlı oldu".
Bu fikirləri Oxu.Az-a açıqlamasənda Nevada Universitetinin professoru David Kreamer bildirib.
O qeyd edib ki, Xəzər dənizi müəyyən çətinliklərlə üzləşib, suyu azalır:
"Bu məsələ ilə bağlı birgə əməkdaşlıq önəmlidir. Bu, təkcə yerüstü sulara deyil, həm də yeraltı sulara aiddir. Bəzi kənd təsərrüfatı sahələrində damcılı suvarma və suya qənaət texnologiyaları kifayət qədər baha başa gəlir. Amma düşünürəm ki, gələcəkdə kənd təsərrüfatında suya qənaət üsullarının daha geniş tətbiqini görəcəyik.
Dünyanın bir çox yerlərində suya qənaət üsulları tətbiq olunub. Çirkab suların təkrar istifadəsi, suyun duzsuzlaşdırılması kimi metodlarla su ehtiyatlarını artırmaq mümkündür".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 10 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















