Nevroloqlar BEYİN ÜÇÜN ən faydalı 7 MƏHSULU təyin ediblər
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
Express.co.uk saytı xəbər verir ki, ekspertlər beyinin sağlamlığını və cavanlığını qorumaq üçün zeytun yağını istehlak etməyi tövsiyə edirlər.
Araşdırmalar göstərir ki, bu yağın istehlakı Alsgeymer xəstəliyinin riskini azaldır.
İkinici faydalı məhsul qarabaşaqdır. Qarabaşaq B qrupu vitaminləri, sink, fosfor və marqansla zəngindir. Bu maddələr beyinin fəaliyyətini yaxşılaşdırır, həyacanı və baş ağrılarını azaldır.
Omeqa-3 yağlı turşular, antioksidantlar, xolinlə zəngin olan yumurta beyinin aktivliyini artırır, beyinin qocalmasının qarşısını alır.
Badam yağı riboflavin və L-karnitinlə zəngindir. Bu maddələr neyronların aktivliyini artırır, yaddaş, diqqət, təfəkkür və s. koqnitiv göstəricilərin düşməsinin qarşısını alır.
Bibəriyyənin tərkibində nadir sineol maddəsi var. Bu maddə beyinin qocalmasının qarşısını alır, yaddaşı yaxşılaşdırır.
Tünd şokolad güclü antioksidant xüsusiyyələri ilə tanınır. Həmçinin tünd şokolad iltihabı azaldır, beyin qan dövranını yaxşılaşdırır, yüksək arterial təzyiqi aşağı salır.
Çuğundur damarları genişləndirir, qan dövranını və beyinə oksigen və qidalı maddələrin daşınmasını yaxşılaşdırır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Noyabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















