Neyrocərrah: beyin qanamaları genetik də ola bilir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 may, AZƏRTAC
Beyin qanamaları anadangəlmə patalogiya kimi də özünü göstərə bilər. Bəzi ölkələrdə daha çox rast gəlinir, məsələn Yaponiya və Finlandiyada rastgəlmə faizləri daha yüksəkdir. Bir sıra Avropa ölkələrində, o cümlədən Azərbaycanda orta statistika mövcuddur.
Bunu AZƏRTAC-a müsahibəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Elşən Hüseynzadə deyib.
Mütəxəssis bildirib ki, hamiləlik dövründə hormonal dəyişikliklər, təzyiq tərəddüdləri beyin qanamaları riskini artırmış olur.
"Xəstəliyin ən problemli tərəfi adətən 30-50 yaşlarda, insanın ən aktiv, çiçəklənən dövründə qeydə alınır. Vaxtında müdaxilə edilmədikdə ölüm faizi çox yüksəkdir. Əməliyyat etdiyimiz və sağalan xəstələrin çoxunda müşahidə edirik ki, onlar vaxtilə daha çox baş ağrılarından əziyyət çəkiblər. Ona görə də orta yaşlı insanlarda daimi baş ağrıları mövcuddursa, miqren, başqa tip baş ağrıları varsa, hər ehtimala qarşı MRT müayinəsindən keçmələri tövsiyə edilir.
Onu da qeyd edim ki, beyin qanamaları genetik də ola bilir. Həm ata, həm ana tərəfindən keçmə ehtimalı var", - deyə E.Hüseynzadə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















