Icma.az
close
up
RU
Nəzarətçinin sözünə kor koranə inanmayın Sürücülərə XƏBƏRDARLIQ

Nəzarətçinin sözünə kor koranə inanmayın Sürücülərə XƏBƏRDARLIQ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 "İkinci zolaqda avtomobil saxlamaq qanun pozuntusudur"

“Millenium” şadlıq sarayının qarşısında avtomobillərini park edən qonaqlara cərimə tətbiq olunub. Bu barədə Sitat.info məlumat verib. Bildirilir ki, şadlıq sarayının nəzarətçisi qonaqlara avtomobillərini yolun ikinci zolağında saxlamağı tövsiyə edib və həmin ərazidə yol polisi tərəfindən cərimə yazılmadığını deyib.

Məclisə gələnlərdən bir neçəsi nəzarətçinin sözünə inanaraq avtomobillərini ikinci zolaqda saxlayıb. Lakin az sonra həmin şəxsərin telefonuna qayda pozuntusuna görə 72 manat cərimə və 2 cərimə balı tətbiq edilməsi ilə bağlı mesaj gəlib. Cərimə tətbiq olunan qonaqlarla şadlıq sarayının rəhbərliyi arasında narazılıq yaranıb. Restoran rəhbərliyi cərimələrin onların tərəfindən qarşılanacağını bildirsə də, vəd yerinə yetirilməyib. 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əgər anlaşılmazlıq varsa, vətəndaşlar Dövlət Yol Polisinə müraciət etməlidir: 

- Zolaqlara gəlincə, zolaqlar sağdan hesablanır. Birinci zolaq sağdan birinci olandır, sonra ikinci, sonra da üçüncü zolaq gəlir. Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında Qanununa əsasən, şəhərdaxili yollarda, əgər nişan və ya xətt ilə qadağan edilməyibsə, sağ kənar zolaqda dayanmaq olar, lakin sol zolaqları zəbt etmək qayda pozuntusu hesab olunur. Avtomobili yolun ikinci zolağında saxlamaq qadağandır. Orda nişana ehtiyac da yoxdur. Bunu hər bir sürücü bilməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Sherg.az”a bildirdi ki, vətəndaşlar qadağan olunmuş yerdə avtmobilini saxlamamalıdır, hər hansı nəzarətçinin sözünə, vədinə də etibar etməməlidirlər:

- Nəzarətçinin qadağan olunmuş yerdə avtomobilin saxlanmasına icazə vermək hüququ yoxdur. Bir neçə il öncə buna bənzər hadisə baş vermişdi, vətəndaş avtomobilini bir idarənin qarşısında saxlamışdı, polislər gəlib avtomobili aparmışdılar ki burad saxlamağa icazə yoxdur. O zaman mənə müraciət olundu, araşdırdıq, gördük ki, “icazəsiz” yer, əslində avtomopbillərin daynaması üçün icazə verilən, qadağan olunmayan yerdir. Bunu sübut etdik və vətəndaş deyil, polislər cərimə edildi. Bəzən bu cer ahllara rast gəlinir, kimlərsə müəyən bir yeri zəbt edir, qanunsuz olaraq orada dayanmağa icazə vermirlər, “mənim yerimdir, saxlamaq olmaz” deyirlər. “Mənim yerim” deyə bir hal yoxdur. Qadağan olunmuş ərazilər var, hansı ki qadağan işarəsi qoyulub və ümumi istifadədə olan yerlər var, harda ki qadağan işarəsi qoyulmayıb. Avtomobili harda saxlamaq olar, dövlətin qanunları ilə, yol nişanları əsasında icra olunur, şəxsi istəklərlə deyil. Vətəndaş da özü bunları bilməlidir, diqqətli olmalıdır, baxmalıdır, avtomobili harda saxlaya bilər, harda yox. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri