“Nəzəriyyə onu deyir ki, limitin ləğvi liqanın inkişafına səbəb olur
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
"Neftçi" ilə "Palms Sports" arasında imzalanan sponsorluq tədbirində iştirak edən Emin Əmrullayev növbəti mövsümdən legioner limitinin ləğv edilməsinə münasibət bildirib.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın Müşahidə Şurasının üzvü limitin ləğvinin çempionatın inkişafına səbəb olacağını deyib:
“Nəzəriyyə onu deyir ki, limitin ləğvi liqanın inkişafına səbəb olur. Düzdü, legioner limitinin olması yerli futbolçulara şans verilməsinə şərait yaradır. Lakin onlar bir qədər inkişaf etdikdən sonra arxayınlaşırlar. Bu inkişafa mane olur. AFFA-nın qərarı da mürəkkəb formul üzərindədi. Müəyyən məhdudiyyətlər var. Hər halda, legioner limitinin ləğvini müsbət qərar kimi görürəm. Təbii ki, bu haqda daha dəqiq danışmaq üçün qərarın tətbiqindən sonrakı dövrü gözləmək lazımdı. Millimizin gələcəyinə necə təsir edəcəyi isə başqa mövzudu. Klub futbolu üçün müsbət qərardı. Bəli, həm yığmamızın, həm də klublarımızın güclü olmasını istəyirik. Amma bunu etmək asan məsələ deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Fevral 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















