Icma.az
close
up
RU
Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrah Sənan Mehdiyevin MƏHKƏMƏSİ: Ekspert rəyi açıqlandı

Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrah Sənan Mehdiyevin MƏHKƏMƏSİ: Ekspert rəyi açıqlandı

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.

Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə ekspert Məhəmməd Əmrahov ifadə verib.

Ekspert əməliyyat diskini izlədiyini bildirib. Onun sözlərinə görə, 07.01.2025 və 10.01.2025-ci il tarixlərində çəkilmiş baş-beyin KT müayinəsində görüntülərdə burun nahiyəsində, alın və xəlbir sümüklərində postop (əməliyyatdan sonrakı - red.) sümük defektləri və sınıq xətti izlənilib. Alında sağ tərəfdə qopmuş sümük fraqmentləri aşkar olunub.

Daha sonra zərərçəkmiş şəxsin vəkili Tural Musayev ekspertə verdiyi rəydə yazılanların özünə məxsus olub-olmadığını və onları təsdiq edib-etmədiyini soruşub.

Məhəmməd Əmrahov yazılanların ona məxsus olduğunu və rəyi tam təsdiq etdiyini bildirib.

Təqsirləndirilən Sənan Mehdiyev ekspertdən xəstəni meningit edə biləcək hər hansı sınıq aşkar edib-etmədiyini soruşub.

Məhəmməd Əmrahov burun əməliyyatlarının hər birinin fərqli olduğunu qeyd edib:

"Mən deyə bilmərəm ki, bu, hansı sümük zədələnməsidir. Xəstənin kəllə boşluğunda sınıq yox idi".

Sənan Mehdiyevin vəkili ekspertdən neçə vaxtdır bu sahədə işlədiyini soruşub. Məhəmməd Əmrahov 20 ildən çox ancaq KT üzrə sənədlərə baxaraq rəy bildirdiyini deyib:

"Mən KT-dən başqa, heç nəyə cavabdeh deyiləm".

Növbəti məhkəmə prosesi oktyabrın 3-nə təyin olunub.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Nəzrin Aydın qızı Mansurlunun yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Mərcan Medicare" adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri