nfantino: DÇ 2026 tarixin ən yaxşı mundialıdır
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FİFA prezidenti Canni İnfantino iyulun 19-da keçiriləcək 2026-cı il dünya çempionatını final matçından dannışıb.
QOL.az xəbər verir ki, o, cari turniri tarixin ən yaxşı mundialı adlandırıb. İnfantino final qarşılaşmasını 3 milyard insanın izləyəcəyini bildirib:
"Final atəşfəşanlığa bənzəyəcək. Dünya bir anlıq dayanacaq və 3 milyard insan bu dünya çempionatının necə yekunlaşacağını izləyəcək. Keçmişi və bu günü nəzərə alsaq, bu, tarixin ən yaxşı dünya çempionatıdı".
İnfantinonun sözlərinə görə, turnirdə ən güclü komandalar, ən yaxşı futbolçular və möhtəşəm azarkeş atmosferi bir araya gəlib. O bildirib ki, mundial gözlədiyindən də uğurlu keçib və təşkilatçılar heç bir ciddi neqativ hadisə ilə üzləşməyiblər.
FİFA prezidenti həmçinin turnirin futbol tarixində xüsusi yer tutduğunu bildirib. Onun fikrincə, bu mundialda həm ənənəvi futbol nəhəngləri, həm də yeni komandalar diqqət çəkməyi bacarıb. Azarkeşlər isə unudulmaz futbol hekayələrinin şahidi olublar.
Qeyd edək ki, DÇ-2026-nın finalında iyulun 19-da Argentina və İspaniya milliləri üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 18 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















