NFC ilə ödənişdə əlavə pul çıxılır? RƏSMİ AÇIQLAMA
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NFC ilə edilən ictimai nəqliyyat ödənişləri zamanı hələ də bank hesablarından əlavə pul çıxılır. Belə ki, sərnişinlər istifadə etməsələr də, hesablarından gün ərzində bir neçə dəfə pul çıxıldığını bildirir.
Maraqlıdır, hesablardan çıxılan pul geri qaytarılır və ya digər gedişlər zamanı istifadə edilirmi?
BakıKart-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda bank kartını oxutduqda pul kartdan bir neçə saat və ya bir neçə gün sonra çıxıla bilər:
“Son günlər sərnişinlər bildirirlər ki, ictimai nəqliyyatda bank kartı ilə etdikləri keçidə görə vəsaitin çıxılması barədə bildiriş fərqli saatlarda gəlir və bu çaşqınlıq yaradır. İctimai nəqliyyatda bank kartını oxutduqda keçid dərhal, təxminən 1 saniyə ərzində həyata keçirilir.
Pul isə kartdan bir neçə saat və ya bir neçə gün sonra çıxıla bilər. Bu normal haldır. Vəsaitin çıxılması barədə bildiriş kartınızın aid olduğu bank tərəfindən göndərilir. Sistem belə işləyir ki, keçid sürətli və fasiləsiz olsun.
Həmçinin, kartınızda kifayət qədər vəsait olmasa da, ardıcıl iki dəfə keçid edə bilərsiniz. Amma bu pulsuz deyil. Kartınıza sonradan pul əlavə etdikdə istifadə etdiyiniz məbləğ çıxılacaq”.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:344
Bu xəbər 11 Mart 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















