Icma.az
close
up
RU
Metro və avtobuslarda bank kartları ilə ödənişdə PROBLEM Sərnişinlərin balansından əsassız pul çıxılır?

Metro və avtobuslarda bank kartları ilə ödənişdə PROBLEM Sərnişinlərin balansından əsassız pul çıxılır?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ay paytaxtın nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında bank kartları ilə ödəniş aktivləşdirilib. NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişi həyata keçirmək mümkün olub. Lakin bank kartları ilə istər metro, istərsə də avtobuslarda ödəniş edərkən bəzi problemlər yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirildi


Sərnişinlər bildirirlər ki, bank kartlarından pul ictimai nəqliyyatdan istifadə etdikləri vaxt yox, günün digər saatlarında çıxılır. Paytaxt sakinlərinin sözlərinə görə, bəzi hallarda metro və avtobuslardan istifadə etmədikləri halda belə balanslarından pul silinir.
Bununla yanaşı, sərnişinlər bank kartlarında vəsait olmasa da keçidin mümkün olduğunu bildiriblər. Lakin bundan sonra balansdan pul silinsə də kart bir müddətlik bloklanır.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq “Bakıkart”-dan (K Group” MMC) bildirilib ki, metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxılması hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir.
 

“BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur”.


Əlavə olaraq qeyd edilib ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir:
“Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir. Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır”.
Qurumdan vətəndaşlara bu kimi hallarla bağlı (*4343; +994 12 404 14 21) qaynar xəttə müraciət etmələri tövsiyə olunub.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri