Niderland 29 oktyabr seçkilərinə nasistlərin planları ilə gedir TƏHLİL
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Siyasətçilər əksəriyyəti nasistlər tərəfindən terrorla hədələndikləri üçün seçki marafonundan geri çəkilirlər
Avropanın bir sıra dövlətlərində, xüsusilə də Fransa, Almaniya, Niderland və Yunanıstanda baş verən hakimiyyət-xalq qarşıdurması getdikcə daha kritik xarakter almaqdadır. Əksər ölkə vətəndaşları hakimiyyətin apardığı iqtisadi, sosial, hərbi siyasətini kəskin şəkildə tənqid edir və bu siyasətin onların daha da əzilməsinə xidmət etdiyi qeyd olunur. Artıq Fransa və Niderladda baş verən xaos və anarxiya idarəedilməz məcraya yüksəlib. Hesab olunur ki, hər iki ölkədə yaşananlar ölkənin dağılmasına gətirib çıxara bilər. Fransada əhalini narazı salan əsas amil E.Makronun səhv, yanlış siyasətidirsə, Niderlandda hökm sürən vətəndaş qarşıdurmasının başlıca səbəbi oktyabrın 29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə hazırlıqların nasist təmayüllü təşkilatların fəal müdaxiləsidir. Parisdə ötən həftədən başlayan etiraz aksiyaları tədricən bütün ölkə ərazisinə yayılmaqdadır. Kütləvi aksiyaların iştirakçıları Fransa Prezidenti Emmanuel Makronun istefasını, ölkənin Avropa İttifaqı və NATO-dan çıxması tələb edirlər. On minlərlə etirazçı Parisin küçələri ilə hərəkət edərək "Makron, get!", "Lekornuya səs ver!", "Avropa İttifaqından çıx!" şüarları səsləndiriblər. Fransanın "Vətənpərvərlər" partiyasının lideri və mitinqin təşkilatçısı Florian Filippot bildirib ki, hazırda hökumətlər qısa müddətə təyin olunur: "Əslində, ciddi olan odur ki, kabinet yalnız büdcəni Nazirlər Şurası vasitəsilə ötürmək üçün təyin olunur".
E.Makronun istefaya getməli olduğunu qeyd edən Florian Filippot onu da bildirib ki, baş verənlərdə demokratiyanın zərrəsi belə yoxdur: "Ölkə tam bərbad vəziyyətdədir. Baş nazirlər bir-birinin ardınca dəyişdirilir". Partiya lideri Fransanın Avropa İttifaqı və NATO-dan dərhal çıxmasını tələb edib: "Biz NATO-dan, Avropa İttifaqından çıxmalıyıq. Aİ daxilində mövcud olmağa davam etsək, senzura, müharibə və yoxsulluqla üzləşəcəyik".
Bu arada Fransada aparılan sorğular diqqət çəkib. Belə ki, ölkə əhalisinin 74, 4 faizi, eləcə də Melanşondan Le Penə qədər bütün müxalif qüvvələr Prezident Emmanuel Makronun istefasını tələb edir. O, hakimiyyətdə olduğu dövr ərzində ən böyük siyasi təcridlə üz-üzə qalıb. Əhalinin və siyasi təşkilat rəhbərlərinin iddialarına görə, Emmanuel Makronun Fransa Respublikasının Prezidenti postundan istefa verməsi ölkəni tarixi milli siyasi böhrandan çıxarmaq üçün zəruri sayılır.
Avropa təhlükə ilə üz-üzədir
Fransada yaşanan ağır, böhranlı durum onu deməyə əsas verir ki, əhali E.Makrondan ciddi şəkildə narazıdır. Əgər Makron istefa verməkdən imtina edərsə, o zaman ölkədə vətəndaş müharibəsi qaçılmazdır. E.Makronun ən yaxın silahdaşlarından olmuş keçmiş baş nazir (2017–2020) Eduar Filip bəyan edib ki, "Makron istefa verməlidir ki, növbədənkənar prezident seçkilərinə hazırlıqlar başlansın". Eyni bəyanatla Respublikaçılar Partiyasının nümayəndəsi Kristof Qomarda çıxış edib. O bildirib ki, nəhəng dövlət borcu olan ölkədə qeyri-müəyyənlik və siyasi qeyri-sabitlik fəlakətlidir: " Makron Fransanın xeyrini istəyirsə, istefa verməlidir. O getməlidir". Sosialist Partiyasının lideri Olivye For çıxış yolunu belə görür: "Makronun iki seçimi var: ya istefa verməli, ya da sosialist baş nazir təyin etməlidir". Yaşıllar Partiyasının lideri Marin Tordelye şərh edib: "Makronun üç seçimi var: istefa, növbədənkənar seçkilərin təyin edilməsi və ya solçu qüvvələrlə birgə hökumət". "Əyilməz Fransa" hərəkatının (LFI, radikal solçular) lideri Jan-Lük Melanşon dəfələrlə vurğulayıb: "Makron istefa verməlidir. Əgər o getməsə, biz impiçment proseduruna başlamağa məcbur olacağıq". "Milli Birlik" partiyasının (RN, radikal sağçılar) qurucusu Marin Le Pen isə vəziyyəti belə ümumiləşdirir: "Özünün yaratdığı xaos qarşısında Makron ya istefa verməli, ya da növbədənkənar seçkilər təyin etməlidir. Bəlkə də hər ikisini".
Söz yox ki, Fransa yeni fəlakətlərlə üzləşəcəyi təqdirdə müstəmləkə altında saxladığı ərazilərdə müstəqillik mübarizəsi güclənəcək. Daha doğrusu, artıq Fransa Polineziyası, Yeni Kaledoniya, Çad, Konqo, Seneqal, Martinika, Qvadelupa, Maohi Nui, Madaqaskar və Kamerunda əhali küçələrə çıxaraq müstəqillik uğrunda mübarizənin yeni mərhələsinə başladıqlarını bəyan ediblər. Bu isə onu təsdiq edir ki, Fransa daxilində vətəndaş qarşıdurması yarandığı təqdirdə müstəmləkə altında olan xalqlar imkanlardan bəhrələnməklə fransız ordularını ərazilərindən qovub, dövlətçiliklərini qurmağa nail olacaqlar.
Nasistlər Niderlandda yeni idarəetmə üsulu yaradır
Fransada yaşanan böhranlı proseslər Niderlandda daha gərgin formada təkrarlanır. Bunun səbəbi oktyabrın 29-da keçirilməsi planlaşdırılan növbədənkənara parlament seçkiləri ilə əlaqələndirilsədə, başqa bir səbəb də mövcuddur. O da Almaniya faşizmindən bəhrələnən nasizmin Niderlandda daha geniş yayılmasıdır. Vəziyyət o həddə çatıb ki, Niderland hakimiyyət orqanları nasimin ideoloji əsaslarını mənimsəyir və təbliğ edirlər. Digər tərəfdən isə Niderlandın dövlət büdcəsindən hər il milyardlarla avro nasizmin təşkilatlanmsı və formalaşmasına, eləcə də əməkdaşlarının maddi, sosial problemlərinin həllinə ayrılır. Hakimiyyətin müəyyən şəxsləri nasizmə qarşı çıxdıqda nasist təşkilatların təşkilatçılığı ilə ölkədə etiraz aksiyaları təşkil olunur. Əksər hallarda etiraz aksiyaları polislə qanlı toqquşmalarla müşayət olunur. Bir qədər əvvəl Rotterdamda onlarla adamın yaralanması, yüzlərlə insanın isə həbs olunması ilə nəticələn iğtişaşları misal olaraq göstərmək olar. Az sonra Rotterdamdan başlayan iğtişaşlar ölkənin bütün ərazilərinə yayıldı. Yayılan məlumatlara görə, ölkənin bir neçə şəhərində iğtişaşlar zamanı polis atəşfəşanlıq və daşla hücuma məruz qalıb. Onlarla hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb. Rotterdam polisi 100-dən çox avtomobilin yandırıldığını, Amsterdam, Haaqa və digər şəhərlərdə isə zorakı izdihamı dağıtmaq üçün çevik polisə ehtiyac olduğu bildirilib.
Hazırda Niderland daxilində yaşanan acınacaqlı hadisələrin təşkilatçıları isə əsasən nasistlərdir. Nasistlərdən hesab olunan ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vildersin miqrasiya siyasəti ilə bağlı fikir ayrılığına görə nazirlərini geri çağırması nəticəsində Baş nazir Dik Şofun hökumət kabinəsi dağılıb. Bununla da Dik Şofun 11 aylıq hakimiyyəti Niderland siyasi tarixində ən qısa ömürlü hökumətlərdən biri kimi düşüb. Növbədənkənar parlament seçkilərində demokratik, azad düşüncəli siyasi partiyaların qələbə qazanmaq şansları yoxdur. Çünki nasitlər bütün sahələrə nəzarəti öz əllərinə alıblar. Hətta nasistlər tərəfindən terrorla hədələnən bəzi siyasətçilər qorxduqları üçün seçki marafonundan geri çəkilirlər.
Nasistlər seçkiərəfəsi siyasətçiləri terrorla hədələyirlər
Hadisələrin inkişafı onu deməyə əsas verir ki, Niderlandda idarəedilməz durum hökm sürür. Nasistlərin tələblərini yerinə yetirmək istəməyən istənilən fərdlər, qruplar ciddi şəkildə cəzalanırlar. Öldürülən, qarət oluna, işgəncələrə məruz qalan insanların sayı onlarladır. Bütün bu kimi cəza tədbirlərini nasistlər həyata keçirilər. Nasistlərin hədəfinə tuş gələnlərdən biri də Azadlıq partiyasının sədri Xert Vildersdir. O seçkilərin əsas qaliblərindən olmasına baxmayaraq nasistlər tərəfindən ciddi şəkil də təhdid olunub. Hətta ona uşaqlarının girov götürüləcəyi, həyat yoldaşı və qardaşının öldürüləcəyi hədəsi ünvanlanıb. Hədənin ciddiliyini anlayan Azadlıq partiyasının sədri Xert Vilders (Geert Wilders) seçki kampaniyasını dayandırdığını bəyan edib. O özünün sosial şəbəkə hesabında yazdığı məlumatında bildirib ki, terror hücumu planlarında hədəf alındığı barədə ölkənin antiterror agentliyi NCTV tərəfindən məlumatlandırılıb: "NCTV mənə bildirdi ki, mən də terror təhdidlərinin hədəfindəyəm. Agentlik qalıq təhlükə olmadığını desə də, pis bir hissim var. Bu səbəbdən, hazırda bütün seçki fəaliyyətlərimi dayandırıram".
X.Vilders X (keçmiş Twitter) sosial şəbəkəsində yayımladığı açıqlamasından bir neçə saat əvvəl, təhlükəsizlik səbəblərini əsas göstərərək, iştirak etməli olduğu radio debatına son anda qatılmaqdan imtina edib.
Belçika mediası VTM Nieuws-un yaydığı məlumata görə, terror planlarında, həmçinin Belçikanın Baş naziri Bart Dö Vever (Bart De Wever) və Antverpen şəhərinin meri də hədəfdə olub.
Oktyabrın 29-da keçiriləcək seçkilər öncəsi bu cür təhdidlərin üzə çıxması, ölkədə təhlükəsizliklə bağlı narahatlıqları artırıb. X.Vildersin kampaniyasını dayandırması, siyasi gərginliyi və qeyri-müəyyənliyi daha da gücləndirə bilər.
Bütün bu kimi hadisələr və proseslər onu təsdiq edir ki. Niderlan dövlətçilk anlayışını tədricən itirməyə başlayır. Daha doğrusu, artıq Niderland mövcudluğunu tədricən itirməkdədir. 29 oktyabr növbədənkənar parlament seçkilərinin isə qeyri-demokratik keçəcəyi şübhəsidir. Çünki seçkiləri, əslində, nasistlər təşkil edir və keçirlər. Təbii olaraq da seçkilərin qalibi nasistlər olacaq.
İLHAM ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















