Niderland millisinin sabiq futbolçusu həbs edildi
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.
33 yaşlı vingerin vəkili həbs xəbərini təsdiqləyib. O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb.
Oyunçu əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.
Qeyd edək ki, Kvinsi Promes 2018-2019 mövsümündə "Sevilya"da (İspaniya) çıxış edib. 2019-2021-ci illər aralığında "Ayaks"ın (Niderland) formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il "Spartak"ın (Moskva, Rusiya) şərəfini qoruyub. Promes son olaraq "Dubay Yunayted"in uğurları üçün çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 İyun 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















