Icma.az
close
up
RU
Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Martın 17-də Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində görüş keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə xidmət əməkdaşları ilə yanaşı Nazirliyin məsul şəxsləri, Bakı Probasiya İdarəsinin icra məmurları, Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin könüllüləri, vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xidmət rəisi Vüqar Ağayev ədliyyə, o cümlədən probasiya sahəsində aparılan islahatlardan, sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsindən, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyasından, ali təhsil müəssisələri, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrdən, müasir dövrün çağırışları ilə bağlı məsələlərdən, habelə probasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən bəhs edib.

Görüşdə Mill Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edərək son dövrlərdə ədliyyə sistemində, Probasiya xidmətində həyata keçirilən işlərdən, ölkəmizdə alternativ cəzaların tətbiqi, bəzi cinayət əməllərinin dekriminallaşdırılması məsələlərindən danışıb, məhkumların hüquqlarının təmin olunması, probasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, xüsusilə probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyası ilə bağlı görülən multidissiplinar fəaliyyətin vacibliyini qeyd edib.

Tədbirdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib, o cümlədən məhkumların sosial adaptasiyası və reabilitasiyası sahəsində könüllülərin (sosial işçilər və psixoloqlar) təqdimatları olub, Rəqəmsal Monitorinq Mərkəzinin təcrübəsi ilə tanışlıq həyata keçirilib. Bu sahəyə cəlb olunan könüllülərin təqdimatları, problemlərə elmi yanaşmalar və onlar tərəfindən aparılan tədqiqatlar müsbət qiymətləndirilib.

Görüşdə, həmçinin probasiya haqqında qanunvericiliyin təkmilləşdirilməsi, konseptual sənədlərin işlənib hazırlanması, xüsusilə Probasiya haqqında Qanunun qəbul edilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda deputatları və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri