Icma.az
close
up
RU
Niderlandda parlament seçkiləri Avropada postpopulist dövrün başlanğıcı

Niderlandda parlament seçkiləri Avropada postpopulist dövrün başlanğıcı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Haaqa, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Niderlandda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri bir sıra məqamları üzə çıxardı. Aydın oldu ki, parlament seçkisi yalnız daxili siyasi qüvvələr arasında bir yarış deyil, həm də Avropada populizm ilə mərkəzçilik arasındakı ideoloji mübarizənin rəmzi mərhələsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, səslərin 95 faizinin hesablanmasından sonra mərkəzçi və avropayönümlü D66 partiyası ilə ifrat sağçı Azadlıq Partiyası (PVV) bərabər sayda - 26 mandat qazanıb.

Populizmin məhdudlaşması: Xert Vildersin ritorikasının tənəzzülü

İfrat sağçı lider Xert Vilders uzun illər Avropa İttifaqına qarşı sərt çıxışları və “holland kimliyinin müdafiəsi” ritorikası ilə seçiciləri səfərbər etməyə çalışıb. Lakin bu dəfə onun anti-Avropa (AB) və pro-Tramp ritorikası ona səs gətirmədi. Səbəb isə iqtisadi reallıqdır. Avropanın tədarük zəncirləri böhranı və enerji qiymətlərinin artımı seçiciləri daha praqmatik, sabitlikyönümlü seçimlərə yönəldib.

Nəticədə mülayim sağçıların mərkəzə meyillənməsi baş verib. VVD partiyası və onun lideri Dilan Yeşilgöz təhlükəsizlik və miqrasiya məsələlərində sərt, amma qeyri-ifrat mövqeyi ilə bir çox sağçı seçicinin rəğbətini və səsini qazana bildi.

O da məlum oldu ki, Avropada insanlar populizmdən doyublar. Vilders kimi fiqurlar artıq yenilik təəssüratı yaratmır. Onların ritorikası cəmiyyətin radikal hissəsini təmsil etsə də, ölkənin əsas elektoratını inandırmaq gücünü itirib.

D66 partiyasının yüksəlişi: Avropa inteqrasiyasının yeni siması

Rob Yettenin rəhbərlik etdiyi D66 partiyası iqlim siyasəti, rəqəmsal innovasiya və Avropa ilə sıx inteqrasiya üzərində qurulan proqramı sayəsində seçicilərə proqressiv sabitlik təklif edib. Parlamentdə 9 yerlə təmsil olunan partiyanın mandat sayını 26-ya yüksəltməsi cəmiyyətin müəyyən hissəsində populizm yorğunluğunun artdığını göstərir. D66-nın əsas mesajı sadə idi: “Qapıları bağlamaqla yox, əməkdaşlıqla güclənək”.

Leydendə və Amsterdamda partiya tərəfdarlarının sevinci də bunu təsdiqlədi – Niderland Avropadan ayrılmaq istəmir, tam əksinə, Avropa ilə güclənmək istəyir.

Frans Timmermans və sol blokun böhranı

Sol blokun (GroenLinks-PvdA) gözləniləndən zəif nəticəsi – mandat sayının 25 yerdən 20-yə enməsi Avropa solçuluğunun ideoloji baxımdan hələ də cəlbedici, lakin təşkilati baxımdan kövrək olduğuna işarədir.

Hətta Frans Timmermansın Avropa Komissiyasındakı nüfuzu sol bloku xilas etmədi. O, nəticələrin açıqlanmasından dərhal sonra istefa verərək, “növbəti nəslə yol açmaq” qərarını bildirdi. Bu hadisə solun liderlik böhranının ən açıq təzahürü kimi səciyyələndirilir.

Gələcək koalisiya: mərkəzdə balans oyunu

Mövcud siyasi mənzərə göstərir ki, yeni hökumət mərkəzçi koalisiya prinsipi əsasında formalaşacaq. VVD, D66, və Xristian-demokratlar (CDA) arasında danışıqlar artıq aktuallıq qazanıb. Bu, ifrat sağın hakimiyyətə gedən yolunu kəsəcək ən real ssenaridir.

Bir sözlə, bu seçkilərdən sonra Niderland yalnız yeni hökumət formalaşdırmayacaq, həm də Avropada postpopulist dövrün başlanğıcını simvolizə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri