Icma.az
close
up
RU
Nigar Helmi: “Qarabağ irsi” incəsənət dili ilə dünyaya ünvanlanan çağırışdır

Nigar Helmi: “Qarabağ irsi” incəsənət dili ilə dünyaya ünvanlanan çağırışdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC

2021-ci ildə yaradılan və Qələbənin birinci ildönümünə həsr olunan “Qarabağ irsi” kolleksiyası mövzusu ilə Nigar Helminin digər işləri arasında xüsusi yer tutur. Bu silsilənin mərkəzində Azərbaycanın işğal dövründə dağıdılmış mədəni irsi dayanır. Təxminən 30 il davam edən işğal ərzində muzeylərə, musiqi məktəblərinə, teatrlara və kitabxanalara ciddi ziyan dəyib, ərazilərdən təxminən dörd milyon kitab çıxarılıb. Dini abidələr də dağıntılardan yan keçməyib, belə ki, onlarla məscid məhv edilib və ya ciddi zərər görüb.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində layihənin müəllifi, rəssam və ictimai xadim Nigar Helmi bildirib.

Onun sözlərinə görə, kolleksiyanın əsas məqsədi bu reallığı təsviri sənət vasitəsilə beynəlxalq auditoriyaya çatdırmaq və bir daha xatırlatmaqdır ki, müharibə şəraitində belə hər hansı ölkənin mədəni irsi məhv edilmə obyektinə çevrilə bilməz və çevrilməməlidir.

“Qürurla deyə bilərəm ki, son dörd il ərzində ekspozisiya İstanbul, Ankara, Kipr, Barselona, Madrid, Nyu-York, Boston və Parisdə nümayiş etdirilib. Faktiki olaraq dünyanın yarısını dolaşıb”, - deyə Nigar Helmi vurğulayıb.

Rəssam qeyd edib ki, bu il silsilə Qələbənin beşinci ildönümünə həsr olunan tədbirlər çərçivəsində Müasir İncəsənət Muzeyində təqdim olunur. Eyni zamanda kolleksiya davam etdirilib və yeni əsərlərlə zənginləşdirilib. Bu yeni işlər bu gün ölkədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq proseslərinə, dirçəliş mövzusuna həsr olunub. Onlar artıq təkcə itkinin ağrısını deyil, həm də yenilənmə, həyatın qayıdışı və ümid intonasiyasını da daşıyır.

Layihənin yaranmasından danışan Nigar Helmi bildirib ki, silsilənin formalaşmasına əsas impuls 27 sentyabr - müharibənin ilk günü olub. Döyüşlərin başlandığı xəbərini eşidən kimi dərhal işə başladığını deyən rəssam əlavə edib: “Bu, böyük bir ağrı idi, eyni zamanda Vətənə sevgi və işğaldan əvvəl mövcud olmuş zəngin irsin məqsədli şəkildə məhv edildiyi ilə bağlı həqiqəti başqa xalqlara çatdırmaq istəyi idi”.

Onun sözlərinə görə, əsərlər yüksək emosional gərginlik şəraitində, “Bayatı-Şiraz” muğamının müşayiəti ilə yaradılıb. Məhz buna görə də hər bir tabloda Azərbaycanın torpağına, mədəniyyətinə və irsinə dərin sevgi ilə yanaşı, itkilərin qaçılmaz ağrısı da aydın hiss olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri