Niger generalı əhalini Fransa ilə müharibəyə hazırlaşmağa çağırdı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Nigerin ən nüfuzlu hərbçilərindən biri, general Amadu İbro ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb və Parisi Nigerdə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.
Fevralın 11-də Nigerin paytaxtı Niameydə stadionda keçirilən mitinqdə çıxış edən İbro bildirib ki, Fransa “Nigerə qarşı müharibəyə başlamağa hazırlaşır”.
“Bilin ki, biz Fransa ilə müharibə aparacağıq, – deyə Niger prezidentinin xüsusi qərargah rəisi vəzifəsini tutan general vurğulayıb. – Əvvəllər müharibə aparmırdıq, amma indi Fransa ilə müharibə aparacağıq”.
İbronun bəyanatı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Toplaşanlar “Fransaya yox” şüarları səsləndiriblər.
Bundan əvvəl Niger prezidenti Abdurrahman Tçiani Benin, Kot-d’İvuar və Fransa prezidentlərini yanvarın 29-na keçən gecə Niamey beynəlxalq hava limanına hücum etmiş silahlılara dəstək verməkdə ittiham edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Fevral 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















