Rutte avropalıları müharibəyə hazırlaşmağa çağırdı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NATO ölkələri mümkün müharibəyə təkcə silahlı qüvvələrini deyil, mülki əhalini də hazırlamalıdır.
Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Berlində NATO Parlament Assambleyasının iclasında deyib.
“Bunun üçün bütün cəmiyyətin iştirakı vacibdir. Bu isə biznes dairələrinin, müəssisələrin, yerli icmaların və vətəndaşların özlərinin də bu prosesə cəlb olunmasını tələb edir”, - o bildirib.
Rutte müttəfiqləri bu məsələdə Norveç, İsveç, Danimarka və Finlandiyadan nümunə götürməyə çağırıb:
“Onlar müharibə başlayacağı təqdirdə əhalinin necə davranmalı və hansı addımları atmalı olduğunu əvvəlcədən müəyyənləşdiriblər. Vətəndaşlara hərbçilərin fəaliyyətinə mane olmamaq, əksinə, onlara dəstək vermək tövsiyə olunub. Həmçinin polis, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin fəaliyyətini əlaqələndiriblər ki, bu qurumlar zərurət yarandıqda ordunun fəaliyyətinə kömək edə bilsinlər. Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra da Rusiyadan qaynaqlanan təhlükə aradan qalxmayacaq. Bilirik ki, Rusiya hərbi maşını hazırda tam gücü ilə işləyir. Onun hərbi iqtisadiyyatı artmaqda davam edir və bu proses dayanmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Noyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















